Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN

By Vüsal Rafiqoğlu
09.07.2026 3 Min Read

Ekspert: Ən yüksək risk daşıyan məhsullar heyvan mənşəli qidalar, xüsusilə də ət və ət məhsullarıdır

Yay aylarında havanın temperaturunun yüksəlməsi yalnız insanların gündəlik həyatına deyil, qidaların təhlükəsizliyinə də birbaşa təsir göstərir. İsti hava şəraiti mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühit yaratdığından düzgün saxlanılmayan qidalar qısa müddətdə sağlamlıq üçün təhlükəli hala gələ bilir. Xüsusilə heyvan mənşəli məhsullar, süd və süd məhsulları, balıq, yumurta, eləcə də kremli şirniyyatlar və hazır qidalar yay mövsümündə daha yüksək risk daşıyır. Mütəxəssislər bildirirlər ki, qida zəhərlənmələrinin böyük hissəsi məhsulun keyfiyyətsiz olması deyil, onun düzgün temperaturda saxlanılmaması, gigiyena qaydalarına əməl edilməməsi və soyuq qida zəncirinin pozulması nəticəsində baş verir.

Bəs isti havalarda hansı qidalar daha təhlükəlidir və onları təhlükəsiz şəkildə necə saxlamaq lazımdır?

Ən böyük risk zülalla zəngin qidalardadır

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yay mövsümündə yüksək risk qrupuna aid olan bəzi qidalar isti hava şəraitində daha tez xarab olur. Temperatur yüksəldikcə bu məhsulların tərkibində bakteriyalar, viruslar və kif göbələkləri sürətlə çoxala bilir ki, bu da qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də həm çiy, həm də bişmiş qidaların saxlanılması zamanı soyuq qida zəncirinin qorunmasına xüsusi diqqət yetirilməlidir.

Ən yüksək risk daşıyan məhsullar sırasında heyvan mənşəli qidalar, xüsusilə ət və ət məhsulları yer alır. Zülalla zəngin olduqları üçün bu məhsullar tez xarab olur. Çiy ət, emal olunmuş ət məhsulları və bişmiş ət yalnız düzgün temperatur şəraitində saxlanılmalı, bişirilərkən isə yalnız istehlak olunacaq qədər hazırlanmalıdır. Eyni zamanda, çiy məhsullarla təmasda olan doğrama lövhələri, bıçaqlar və digər mətbəx ləvazimatları təmiz saxlanılmalı, bişirmə prosesindən əvvəl və sonra sanitar-gigiyena qaydalarına ciddi əməl edilməlidir.

Süd və süd məhsulları da yay aylarında xüsusi diqqət tələb edən qidalar sırasındadır. Bu məhsullar yalnız mənşəyi məlum və etibarlı satış yerlərindən alınmalıdır. Təbii və konservantsız süd məhsulları daha tez xarab olduğundan onların təzə halda istehlak edilməsi və soyuducuda saxlanılması vacibdir.

Balıq və digər dəniz məhsulları da yüksək risk qrupuna daxildir. Bu məhsulların alınması zamanı təzəliyinə və saxlanma şəraitinə diqqət yetirilməlidir. Eyni zamanda, yumurta, xüsusilə çiy yumurta, bişmiş yumurta, yumurtalı souslar, mayonez, kremli şirniyyatlar və tiramisu kimi məhsullar da isti havalarda daha tez xarab olur. Buna görə onların təzə hazırlanmasına və daim aşağı temperaturda saxlanılmasına nəzarət edilməlidir.

Meyvə və tərəvəz seçərkən bu məqama diqqət edin

Mövsümündə yetişməyən meyvə və tərəvəzlərdən istifadə edərkən də ehtiyatlı olmaq lazımdır. Belə məhsulların yetişdirilməsi zamanı istifadə edilən süni istilik, kimyəvi maddələr, gübrələr və hormonlar xüsusilə azyaşlı uşaqlar, yaşlı insanlar, xroniki xəstəliyi olan şəxslər, hamilə və süd verən qadınlar, eləcə də immun sistemi zəif olan insanlar üçün əlavə risk yarada bilər.

Bununla yanaşı, yerli və mövsümi meyvə-tərəvəzlər də yuyulmadan istehlak edilməməlidir. Xüsusilə qabığı yeyilməyən meyvələr kəsilməzdən əvvəl yaxşı yuyulmalıdır. Əks halda qabıq üzərində olan mikroorqanizmlər bıçaq vasitəsilə məhsulun daxilinə keçə bilər. Meyvə salatları, tərəvəz salatları və smuzilər kimi müxtəlif məhsullar birlikdə hazırlandıqda isə çirklənmə riski daha da artır.

Keyfiyyətli qida da yanlış saxlanıldıqda risk yaradır

Qidalar alınarkən onların mənşəyinin məlum və etibarlı olması əsas şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, hər zaman yalnız keyfiyyətsiz məhsullar zəhərlənməyə səbəb olmur. Keyfiyyətli qida belə düzgün temperaturda saxlanılmadıqda bakteriyalar sürətlə çoxalır və məhsul insan sağlamlığı üçün təhlükəli hala gəlir.

Əgər qış aylarında bişmiş yeməyi otaq temperaturunda iki saata qədər saxlamaq mümkün idisə, yay mövsümündə bu müddət maksimum yarım saata qədər azalır. İmkan olduqda isə qida daha qısa müddətdə soyuducuya yerləşdirilməlidir.

Qab seçimi də qidanın təhlükəsizliyinə təsir edir

Qidaların saxlanıldığı qabların seçimi də mühüm əhəmiyyət daşıyır. Məhsulların keyfiyyətinin qorunması üçün şüşə və qida məhsulları üçün nəzərdə tutulmuş təhlükəsiz materiallardan hazırlanmış qablardan istifadə olunması daha məqsədəuyğundur.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub

Next

Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir?

Xəbər lenti

  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026
  • Ləbxanə, Osandıq, Samovar… – Azərbaycanlılar uşaqlara niyə belə adlar qoyur? 08.07.2026
  • Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi 08.07.2026
  • YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir? 08.07.2026
  • SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 08.07.2026
  • Zakir Həsənov komandanları təltif etdi – FOTO 08.07.2026
  • Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi 08.07.2026
  • Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv