İdman 

Futbolçu ÇL-də qol vurdu və… cəfasını çəkdi – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsində “Ayaks”ın qapısına qol vuran Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Tomaş Kedziora hollandiyalı azarkeşin qəzəbinə gəlib.

ARANTV.AZ  xəbər verir ki, Amsterdam klubunun tərəfdarı futbolçunun üzərinə pivə töküb.

Kedzioranın vurduğu qol görüşdə tarazlığı bərpa edib – 1:1. Lakin yekunda qələbəni “Ayaks” bayram edib – 3:1.

Təkrar oyun avqustun 28-də Kiyevdə keçiriləcək.

oxu.az

Daha çox xəbərlər