48 yaşlı Bakı sakinində narkotik vasitə aşkarlanıb.
ARANTV.AZ xəbər verir ki, Bakıda Yasamal Rayon Polis İdarəsinin Narkotiklə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı şəhər sakini, əvvəl məhkum olunmuş 1971-ci il təvəllüdlü R.Əmrahov saxlanılıb.
Onun üzərindən 232 qr heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.oxu.az
