Su bəndi aşdı, 13 nəfər öldü-VİDEO
Rusiyanin Krasnoyarsk vilayətində qızıl mədənindəki su bəndi aşıb. Sonxeber.az-ın məlumatına əsasən, qəza nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. 10 nəfərin taleyi naməlumdur. Hadisə yerinə qonşu regionlardan əlavə xilasedicilər cəlb edilib.
Hazırda hadisə yeri tədqiq edilir. Rusiyanın Fövqəladə Hallar Nazirliyi işçi qrupu ilə və hökumət komissiyası ilə iclas keçirir.
Seyba çayındakı su bəndi dünən gecə saatlarında aşıb. Nəticədə işçilərin yaşadığı qəsəbədə iki bina su altında qalıb.

