Baş nazirə yeni köməkçi təyin edildi
Baş nazir Əli Əsədov özünə yeni köməkçi təyin edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun əmri ilə Ələsgər Ələsgərov Azərbaycan Respublikası Baş nazirinin köməkçisi vəzifəsinə təyin edilib.
Məlumatı Nazirlər Kabinetinin Mətbuat xidməti təsdiqləyib.

