Bosniyada dəhşətli qəza: ölənlər var
Bosniya və Herseqovina ərazisində iki yük qatarı toqquşub.
ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları informasiya yayıb.
Mostar istiqamətində hərəkət qatarda 18, Sarayevodan gələn qatarda isə 36 vaqon olub. Qatarların toqquşması nəticəsində iki nəfər həlak olub, bir nəfər isə ağır yaralanıb.
Əraziyə xilasetmə dəstələri göndərilib.

