HƏYACAN TƏBİLİ! Masazırda məktəbin qarşısı antisanitar vəziyyətdədir – VİDEO
Masazırda Şıxəli Qurbanov küçəsində yerləşən Əliağa Vahid adına Masazır kənd 1№-li tam orta məktəbin qarşısı antisanitar vəziyyətdədir.
ARANTV.AZ xəbər verir ki, məktəbin qarşısı sözün həqiqi mənasında “zibilxana”ya çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumdur ki, şagirdlər antisanitar vəziyyətdə olan müəssisədə təhsil alır. Zibil qutularının qoyulmasına baxmayaraq, onların təmizlənməsi işi ilə heç bir qurum məşğul olmur. Vəziyyət o həddə çatıb ki, şagirdlər artıq zibilləri qutuya deyil, ətrafa atmağa məcbur qalır.
Sözügedən görüntüləri təqdim edirik:
big.az

