Cəmiyyət 

Azərbaycana hərbi texnika elementləri keçirmək istəyənlər ələ keçdi

Hərbi texnika elementlərinin Rusiyadan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bununla bağlı TASS agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib:

“Dağıstanın Yaraq-Qazmalar sərhəd keçid məntəqəsində keçirilən əməliyyat tədbirləri nəticəsində hərbi texnika elementlərinin Rusiyadan çıxarılmasının qarşısı alınıb.

Faktla bağlı cinayət işi başlanıb. Şübhəli şəxslər saxlanılıb”.

Daha çox xəbərlər