Hadisə 

Yeni Ramanada qəza: 9 nəfər xəsarət aldı

Dünən Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib:

“Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar”.

Daha çox xəbərlər