İdman 

Azərbaycanlı futbolçu Küveyt çempionatında qol vurdu – VİDEO

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveyt klubunda qol hesabını açıb.

ARANTV.AZ xəbər verir ki, “Əl-Salmiyə”də çıxış edən 24 yaşlı yarımmüdafiəçi çempionatın V turunda “Əl-Tazamon” ilə görüşdə rəqib qapısına yol tapıb.

90 dəqiqə meydanda olan Kamal matçın 82-ci dəqiqəsində hesab 1:1 olarkən fərqlənib. Onun komandası 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Əl-Salmiyə” 10 xalla 10 komanda arasında üçüncü yerdə qərarlaşıb.oxu.az

Daha çox xəbərlər