Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.
ARANTV.AZ xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.milli.az
