Amazon meşələrində mədəniyyətdən uzaq yaşayan qəbilə — FOTOLAR-VİDEO

Amazon meşələrində PUA vasitəsilə tədqiqat aparan alimlər mədəniyyətdən tamamilə uzaqda yaşayan yerli qəbilə aşkar ediblər.

ARANTV.AZ xəbər verir ki, Amazon meşələrinin balta görməyən meşələrində 16 nəfərlik qəbilə yaşayır.

Aparılan tədqiqatlar zamanı məlum olub ki, qəbilə üzvləri ox və yaydan istifadə edirlər. Ümumi olaraq Amazon meşələrində 107 qəbilənin olduğu bildirilir.

İbtidai həyat tərzi sürən bu qəbilələr şəhər və qəsəbələrdə yaşayan insanların olduğunu bilirlər. Amma qorxudan heç kəslə əlaqə qurmurlar.

Qeyd edək ki, ötən il qızıl axtaranlar meşədə rast gəldikləri bir qəbilənin 10 üzvünü öldürmüşdülər.


Ölkə.Az