Bakıda avtomobil 37 yaşlı kişini vurub, vəziyyəti ağırdır
Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsbəsində baş verib.
Minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli olunu vurub.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

