Uşaq bağçasında FACİƏ: uşaqların üzərinə kimyəvi maddə sıçratdı
Çin sakini uşaq bağçasının ərazisinə soxularaq uşaqlar arasında kimyəvi məhlul yayıb.
ARANTV.AZ-ın verdiyi xəbərə görə, bu barədə “Xinxua” agentliyi yazır.
Hadisə ölkənin cənub-qərbindəki Yunnan əyalətindəki Kayyuan şəhərində baş verib.
Belə ki, 23 yaşlı Konq məktəbəqədər müəssisənin ərazisinə daxil olaraq, uşaqların və baxıcıların üzərinə natrium hidroksidi sıçradıb.
Hadisə nəticəsində 54 nəfər xəsarət alıb, onlardan 51-i uşaqdır. İki nəfər ağır yaralanıb, lakin həyatları təhlükədə deyil.
Bir saat sonra polis cinayətkarı uşaq bağçasının arxasındakı təpədə yaxalayıb. O, kimyəvi maddələri internetdən əldə etdiyini və məhlulu özü hazırladığını, bu əməli isə cəmiyyətdən qisas almaq üçün törətdiyini bildirib.BiG.AZ

