Azərbaycanda qeyri-adi fırıldaq – Sosial yardım almaq üçün 5 uşaq atası….
Azərbaycanda 5 uşaq atası sosial yardım almaq üçün icra hakimiyyətinin ona verdiyi 6 sot torpağı qardaşının adına keçirib.
ARANTV.AZ xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.
5 uşağı ilə verlişə müraciət edən 27 yaşlı İnayət Quliyevin yalanı ortaya çıxıb.
Verilişə bağlanan Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Hidayət Quliyevə 6 sot torpaq verilib: “O, atası və qardaşı ilə birlikdə yaşayırdı. Yola gedə bilmədiyinə görə Hidayət Quliyevi evdən çıxırıb. O, 2 sot torpağı olan ev alıb. Bir il ərzində Hidayət Quliyev bizə müraciət etməyib”.Sonxeber.az

