Azərbaycanda kran aşdı: xəsarət alan var

Oğuz rayonunda kran aşıb, sürücü xəsarət alıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə bugün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi “KamAz” markalı qaldırıcı kran avtomobilinin aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.Sonxeber.az