Cəmiyyət 

“Azərbaycan kinosu 120: tarixi, bu günü və perspektivləri” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

ARANTV.AZ xəbər verir ki, “Cəmiyyətimizdə mədəniyyətin, təhsilin inkişafında mətbuatın və televiziyanın mühüm rolu var.” Bu fikir “Azərbaycan kinosu-120: tarixi, bu günü və perspektivləri” mövzusunda jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində səsləndirilidi. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin uğurlarını daha  geniş coğrafiyada təbliğ və təşviq  etməlidir. Ölkəmizdə müxtəlif sahələrə aid filmlərin çəkildiyini deyən nazir son 10 ildə dövlət büdcəsindən ayrılan vəsait hesabına 46 tammetrajlı, 50 qısametrajlı, 212 sənədli, 23 cizgi filminin çəkildiyini diqqətə çatdırdı. İndi gənclərimiz Türkiyə, Kanada, Rusiya və digər ölkələrin təhsil müəssisələrində bu sahədə təcrübələrini artırırlar. Azərbaycan dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bildirdi ki, qurumun hər il elan etdiyi müsabiqələrin istiqamətləri sırasında tarixi-mədəni irs, azərbaycançılıq, mənəvi dəyərlər xüsusi yer tutur və bu mövzular mətbuatda geniş işıqlandırılır. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov və digərləri vurğuladılar ki, ənənələrinə sadiq qalan Azərbaycan mətbuatı xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlığının carçısıdır. Sonra müsabiqə qaliblərinin adları açıqlandı. Müsabiqəyə, ümumilikdə 31 mətbu orqanından 44 yazı təqdim olunub.  Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçün 3 və həvəsləndirici mükafat olmaqla 6 qalib mükafatlandırıldı.

Daha çox xəbərlər

Leave a Comment