Dünya 

Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib.

Məlumata görə, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb.

Hazıra mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.

Daha çox xəbərlər