İdman 

Skandinaviya milliləri Bakıda keçiriləcək Avro-2020-yə belə vəsiqə qazanıb – VİDEO

Dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə daha iki komanda vəsiqə qazanıb.

ARANTV.AZ  xəbər verir ki, bunlar Skandinaviya yığmalarıdır.

F qrupunda İsveç əsas rəqibi Rumıniyanı səfərdə 2:0 məğlub etməklə qrupda ikinciliyi özünə təmin edib.

J qrupunda isə Finlandiya Lixtenşteynə 3:0 qalib gəlməklə buna nail olub. Bununla da finlər tarixlərində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl 10 komanda – İngiltərə, Çexiya, Ukrayna, İspaniya, Polşa, Fransa, Türkiyə, Belçika, Rusiya və İtaliya yığmaları Avro-2020-yə vəsiqə qazanıb.Oxu.Az

Daha çox xəbərlər