Kriminal 

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Fərhad Yunis oğlu kənd sakini İsmayılov Manaf Baba oğlunun həyətində qohumu, 1997-ci il təvəllüdlü İsmayılov Mayıl Sabir oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində F.Məmmədov M.İsmayılovu kürək nayihəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Daha çox xəbərlər