Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ferma sahibi 19 yaşlı gənci əsir götürdü – FOTO
Azərbaycanda ferma sahibi 19 yaşlı gənci əsir götürüb.
ARANTV.AZ-ın məlumatına əsasən, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə müraciət edən və oğlu Səyad Bayramovu axtaran ana deyib.
Ana bildirib ki, oğlum 3 gün öncə Pirşağa qəsəbəsindən yoxa çıxıb:
“Oğlum fermada işləyirdi. Səyad orada təzyiq altında idi. Ferma sahibi onu əsir götürmüşdü. Polisə də müraciət etmişik. Qardaşım 6 ildir ki, orada işləyir. Müdir zəng etdi ki, qardaşın işə gəlmir. Qardaşım 14 yaşından orada işləyir. Ferma sahibinin adı Fazildir”.
Aparıcı ananı 14 yaşından işlətdiyi üçün qınayıb: “Pula ehtiyacım var deyə 3 yaşlı əkizlərim Arda və Arını göndərim ki, pul qazansınlar?!”.
Səyadın qardaşı dedi ki, Fazil polis mayorunun yanında dedi ki, mən sizin uşağı öldürüb, dənizə atmışam. Gedin neyi bacarırsınızsa onu da edin”.Sonxeber.az

