“Telegram”ın yaradıcısı Pavel Durov öz “Telegram” kanalında “WhatsApp” istifadəçilərinə müraciət edib.
Onun sözlərinə görə, “WhatsApp” tətbiqi nəinki istifadəçilərin məlumat təhlükəsizliyini təmin etmir, eyni zamanda, onların şəkillərindən və mesajlaşmalarından da istifadə edir.
O qeyd edib ki, tətbiqin zəif tərəfləri istifadəçilərin şəxsi məlumatlarını hakerlərə və dövlət qurumlarına bəlli edir:
“Hakerlərin bir video göndərməsi bütün məlumatlarınızı əldə etmələrinə kifayət edir. Əgər siz bir gün şəkillərinizin və şəxsi məlumatlarınızın bütün ictimaiyyətin görməsini istəmirsinizsə, telefonunuzdan bu tətbiqi silin”, – deyə o xəbərdarlıq edib.
