Cəmiyyət 

BDU- da zəhərlənən tələbə qızların qrup yoldaşları DANIŞDI/VIDEO

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələrin birinin ölümu, digərlərinin zəhərlənməsi ilə nəticələnən məlumatlar dünəndən bəri gündəmi zəbt edib və hər kəsin narahatlığına səbəb olub.

ARANTV.AZ  bildirir ki, bu dəfə tələbələrin zəhərlənməsi ilə bağlı onların qrup yoldaşları danışıb. Belə ki, onlar qrup yoldaşlarının axşam yedikləri qidadan zəhərləndiklərini təsdiqləyiblər. Bundan əlavə onlar qızların özləri hazırladıqları yeməkdən deyil, mağazadan aldıqları yeməkdən zəhərləndiklərini deyiblər. Açıqlamada tələbələrin qrup yoldaşları həmçinin təcili yardımın əməkdaşlalarını qınayaraq “gəlib iynə vurub çıxıb gediblər, nəsə etsəydilər belə olmazdı” deyərək münasibət bildiriblər.
Qeyd edək ki, dünən saat 12:35-da Təcili Tibbi Yardıma Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələrin zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Huşsuz vəziyyətdə üç tələbə qız aşkarlanıb. Onlardan biri dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib. Hazırda tələbələrin vəziyyətinin stabil olduğu deyilir.

Sonxeber.az

Daha çox xəbərlər