Region Xəbərləri
Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin şəhidlərinin 40 mərasimləri keçirilib.
Bu gün Bərdə rayonundan olan Birinci Qarabağ müharibəsinin itkin şəhidləri – Hacıyev Qılman Surxay oğlunun rayonun Kələntərli kəndində, Vəliyev Hidayət İsa oğlunun rayonun Zümürxan kəndində, Dadaşov Dadaş Şərif oğlunun rayonun Otuzikilər kəndində və Ağdərə rayonundan olan Göyüşov Qurban Ramazan oğlunun rayonun Şirvanlı kəndində 40 mərasimləri keçirilmişdir. Keçirilən mərasimlərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, […]
Xalqımıza qarşı törədilmiş qanlı faciə.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən qanlı və faciəli hadisələrdən biridir. XX əsrin əvvəllərində erməni millətçi təşkilatları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, etnik təmizləmə siyasəti və terror aktları nəticəsində minlərlə günahsız insan öldürülmüş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 […]
Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkə olan səhifələridir
Soyqırımı insanların milli, etnik, irqi, dini və digər mənsubiyyətinə görə məhv edilməsidir. Təəssüflə qeyd edilməlidir ki, tarixdə müxtəlif xalqların, etnosların taleyində dərin və acı iz qoyan bu cür hadisələr az olmayıb. Bu sırada ermənilərin XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkə olan səhifələridir. Erməni millətçiləri […]
İcra başçısı Yuxarı Sarıcalı kəndində evi yanan ailəni ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Sarıcalı kəndində Abdullazadə Hicran Vahid qızına məxsus yanmış evə baxış keçirib. Baxış zamanı ailənin mövcud vəziyyəti ilə maraqlanılıb, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, zərərçəkmiş ailənin evinin bərpası üçün lazımi köməklik göstəriləcək. Bu istiqamətdə rayon icra hakimiyyəti tərəfindən tikinti materialları təqdim olunub, eyni […]
Novruz ruhu Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçası nda!
Novruz ruhu Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçası nda! 18 mart 2026 – baharın ruhu, birlik, sevinc dolu Novruz şənliyimiz! Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Bərdə şəhər 10 saylı körpələr evi- uşaq bağçasında fidanlarımız ənənəvi Novruz coşqusu ilə parıldadı. Tədbirdə balaca fidanlarımız milli adət-ənənələrimizi əks etdirən çıxışlarla, […]
Bərdədə sosial həssas ailələrə bayram sovqatı paylanılıb
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə Rayon Mənzil Təmir-İstismar İdarəsi tərəfindən sosial həssas təbəqəyə aid olan 56 ailəyə bayram sovqatı təqdim olunmuşdur. Həyata keçirilən bu aksiya əhalinin rifah halının yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrə dəstəyin göstərilməsi məqsədi daşıyır. Bayram münasibətilə təşkil olunan bu təşəbbüs sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Tərtərdə Novruz bayramı təntənə ilə qeyd olunub
Bu il xalqımızın iki müqəddəs bayramının – milli mənəviyyatımızın rəmzi olan Novruzun və saflıq, xeyirxahlıq ayı olan Ramazanın eyni vaxta təsadüf etməsi Tərtər rayonunda ikiqat bayram sevinci yaşadıb. Tərtərlilər xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə müqəddəs Ramazan bayramını bir yerdə, böyük ruh yüksəkliyi ilə qeyd edir. Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional […]
Tərtərin Qapanlı kəndində Torpaq çərşənbəsi təntənəli qeyd edildi
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin və Qarağacı bələdiyyəsinin birgə təşkilatçılığı ilə ilaxır çərşənbə — Torpaq çərşənbəsi rayonun Qapanlı kəndində böyük coşqu ilə qeyd olundu. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, mədəniyyət işçiləri, kənd ağsaqqalları […]
MƏKTƏBDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLMİŞDİR FOTOLAR
17.03.2026-cı il tarixində Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, […]