Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Bugün Beynəlxalq Vikipediya Günüdür

By Vüsal Rafiqoğlu
15.01.2021 3 Min Read

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından böyük əhəmiyyət kəsb edən “Vikipediya” onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. “Vikipediya” internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan, biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan onlayn ensiklopediyadır. ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş “Vikipediya” müasir dövrdə internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. “Vikipediya”ya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.

ARANTV.AZ xəbər verir ki, Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov AZƏRTAC-a fikirlərini bölüşüb.

“Vikipediya”da nə üçün redaktə etməliyik? Nə üçün məqalələr yaratmalıyıq? Bunun bizə xeyri nədir və bununla nə əldə edəcəyik? Bir qədər maraqlandıqdan və “Vikipediya” ilə yaxından tanış olduqdan sonra anlamaq olar ki, bu onlayn ensiklopediya məlumatın azad və sərbəst şəkildə paylaşıldığı bir məkandır. Buradakı məlumatları paylaşan da, oxuyan da özümüzük. Azad dedikdə “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur. Yəni yaşından, kimliyindən asılı olmayaraq hər kəs “Vikipediya”da məqalə yarada və onu redaktə edə bilər. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün “Vikipediya”nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl Azərbaycan dilində internet üzərindən istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırda bu boşluq “Vikipediya” sayəsində kifayət qədər qalxıb. Azərbaycan dilindəki “Vikipediya”da məlumatların sayı çox artıb. İstədiyimiz məlumatı ana dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün hər kəsin “Vikipediya”ya dəstək verməsi, məqalə yaratması vacibdir. Qeyd edim ki, ötən ilin dekabr ayı ərzində “Vikipediya” səhifələri ümumilikdə 22 milyard dəfə ziyarət olunub. Son bir il ərzində isə 269 milyard dəfə ziyarət olunub. Azərbaycan dilindəki “Vikipediya”ya ötən ilin dekabrında 33 milyon dəfə, ölkəmizdən isə bu dil bölməsinə 19 milyon dəfə ziyarət qeydə alınıb. Bütün bunlar “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla da biz görürük ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanları sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki “Vikipediya”nı qoruyub, zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin. Bu gün “Vikipediya”nın 20 yaşı tamam olur. Bu münasibətlə hər birinizi təbrik edirəm”.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov “Vikipediya” internet şəbəkəsinin önəmindən danışıb. Ramin Əhmədov “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə ötən ilin noyabr ayından həyata keçirilən “Türk dünyası “Vikipediya”da layihəsinin uğurla davam etdiyini bildirib.

“Vikipediya” fəaliyyətimizdə yeni sahədir. Deyərdim ki, maraqlı və önəmli istiqamətdir. Bizim fəaliyyət istiqamətimiz türk dünyasının zəngin tarixi, mədəniyyəti və ədəbiyyatı barədə məlumatları “Vikipediya”da zənginləşdirməkdən ibarətdir. Bu günə qədər türk dünyası ilə bağlı yüzdən şox məqalə yaradılıb və zənginləşdirilib. Hər bir məqalə cəmiyyətin maarifləndirilməsində əvəzsiz rol oynayır. Həm də insanlarımız öz dilimizdə istənilən məlumatı əldə edə bilirlər. Doğma dilimizdə məlumatların zənginləşdirilməsi informasiya bazasının çoxalması deməkdir. Bu gün Beynəlxalq Vikipediya Günüdür və “Vikipediya” internet şəbəkəsinin yaradılmasının iyirmi ili tamam olur. Hazırda “Vikipediya” dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir. Bu şərəfli və qürurverici missiyanı davam etdirmək lazımdır. Gənclərimiz “Vikipediya” hərəkatında fəal olmalıdırlar. Bunu bizdən yaşadığımız texnoloji dövr tələb edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

Next

44 günlük müharibənin hər bir günü zəfər günü idi

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv