Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

20 yanvar elə soyuq-şaxtalı olur, amma daha üşümürük

By Vüsal Rafiqoğlu
20.01.2021 3 Min Read

Kubra Məhərrəmova yazır…

1990-ci il 20 yanvar tarixində mənim 7 yaşım var idi.

Gecə atam evdən getmişdi. Nə vaxt qayıtması yadıma gəlmir.

O gecə çox atalar evə qayıtmadı, bəzi uşaqlar isə elə uşaq yaşında qaldı, daha böyümədi.

Atamın “Larisanı öldürdülər” harayı hələ qulağımdadı. Heç vaxt ölümü görməyən, Larisanı tanımayan uşaq dəhşətin tam ortasında olmasının fərqində deyildi.

Anamın “güllə səsi gəlsə, çarpayının altında gizlənin” tapşırması, küçələrdə rus əsgərinin avtomatla, tank üstündə gəzməsi, anlaşılmaz hadisələr absurd və dəhşət filminə bənzəyirdi.

Amma reallıqda havada ölüm qoxusu vardı. Küçələrdə rus qoşunları tərəfindən öldürülmüş insanların meyidi var idi. Hər yer qara idi.

Anam həmin gün eyvandan qara bayraq asdı. Matəm simvolu, ölüm simvolu qara bayraq. O gün çox evlərdə qara bayraq asılmışdı. Hava da qara idi. Qar yağırdı deyəsən, dəqiq yadımda deyil.

Hava da şaxta idi. Mənim yadımda elə qalıb. 31 il ərzində 20 yanvar günü havanın günəşli olması yadıma gəlmir. Həmişə soyuq-sazaq olur. Elə bilirəm hamı üşüyür o gün.

Bir də hər yerdə qırmızı qərənfillər vardı. Yerdə, divarda, pəncərələrdə. Qırmızı qərənfillər ölümün işarəti idi.  Yəni dünən gecə burada kimsə şəhid olmuşdu…

7 yaşıma boylananda küçədən gələn nalə, qarğış, ağı səsi eşidirəm. Şaxtalı hava, mafələr, yasin oxuyan molla, insan seli, qara Bakını görürəm…

İnsan selinin bir dayanma nöqtəsi var idi, “Şəhidlər xiyabanı”. Hamı ora axışırdı. Ora şəhidlərin son mənzili idi.

İlk dəfə açıq məzarı orada görmüşdüm.

Xiyabanda başında “norka” papaq olan kişilər məzarın içində nəsə edirdilər. Torpağın rəngi isə görünmürdü, hər yer qırmızı qərənfil idi.

Xiyabanın ilk məzarı isə “gəlin-bəy” məzarı idi. İlham və Fərizə, onların həyat hekayətini isə sonra bildim. Məktəbdə danışdılar deyəsən. Sonra hər il 20 yanvar günündə məktəbdə bizə şeir əzbərlədər, başımıza qara kəlağayı örtərdilər. Uşaqdan-böyüyə bütün xalq illər uzunu matəmdə idi. Lakin mübariz idi, polad idi, sınmadı, məhv olmadı.

31 il sonra yenə bunları xatırlamaq, keçmişə qayıtmaq asan deyil. Amma bu tarixdir, bu həqiqətdir, heç vaxt unudulmayacaq tarix. Qan bahasına yazılan tarix.

Bakı buxtasında olan gəmilərin dünyaya “SOS” siqnalı verməsidir tarix. Həmin dənizçilərin sovet ordusu ilə qeyri-bərabər döyüşə çıxmasıdır tarix. Sovet ordusunun gəmiləri güllə-boran etməsidir tarix.

Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin bəyanatıdır tarix. Əsəbi halda Sovet rejiminə etdiyi üsyandır tarix.

Azərbaycanın bütün şəhər və kəndlərindən insanların Bakıya axışmasıdır tarix. Şəhidləri dəfn etmək üçün, onların ruhunu yad etmək üçün birləşən xalqdır tarix. Tanklar altında əzilən, lakin qüruru sınmayan xalqdır tarix.

Sovet İmperiyasının süqutudur tarix. Onun sütünlarını məhv edən Azərbaycan xalqının qəhrəmanlığıdır tarix.

90-cı ildə ilk şəhidlərini verən Azərbaycan bu gün güclüdür, qalibdir. 31 il sonra Azərbaycan ilk dəfə 20 yanvarı qalib kimi, övladlarının qisasını almış kimi qeyd edir.

Qürurla qeyd edir bu dəfə. Əgər 31 il əvvəl eyvanlardan qara bayraq asılmışdısa, bu gün eyvanlardan qələbə rəmzi, birlik rəzmi Azərbaycan və Türkiyə bayraqları asılıb. Bir yerdə dalğalanır, günəşin altında bir yerdə bərq vurur.  Ay-ulduzlar qoşa parlayır.  Göz yaşımıza səbəb bu dəfə çarəsizlik, ölüm deyil, övladlarımızın düşmən tərəfindən qətli deyil, qürur və qələbədir. Yenə də qan, can bahasına əldə olunan qələbə.

Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Bu mütləq ki, belədir.

Azərbaycan yenə bütöv oldu, böyük oldu. 90-cı ildən itirə-itirə gedən Azərbaycan 2020-ci ildə torpağını, namusunu geri qaytardı. Düşmən əsirliyində olan milli qürurunu özünə qaytardı. Bu gün qara bağlamaq, qara geyinmək  gücsüzlük rəmzi deyil, şəhidlərin ruhuna olan ehtiramın təcəssümüdür.

İllər boyu düşmənin bizi matəm rəngində görməsi, sevinməsi bu gün öz başına gəldi. “Dəmir yumruq” düşməni elə qara günə qoydu ki, birdə çətin gözü başqa rəng görə. 20 yanvar faciəsinin üstündən 31 il keçəndən sonra qalibiyyəti, qüruru yaşamaq bizim haqqımız idi. Şəhidlərimiz qarşısında olan borcumuz idi.

Qara bitdi. Daha məktəblərdə uşaqların başına qara örtməyin, daha anaların başına qara örtməyin.

Bu gün yenə hava soyuq-sazaqdır. Amma daha üşümürük. Deməli ki, səbəb hava deyilmiş.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pakistanda avtobus aşıb: Ölənlər var

Next

Qar həyatı dondurdu: 441 kəndlə əlaqə kəsildi – VİDEO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv