Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

49 yaşlı şəhidin oğlu: “Atam qollarında yaralı əsgəri ilə birlikdə şəhadətə yüksəlib” – MÜSAHİBƏ + FOTO

By Vüsal Rafiqoğlu
20.01.2021 3 Min Read

İkinci Qarabağ müharibəsinin şəhidləri arasında tibb işçilərimiz də var. Onlardan biri də tibb xidməti leytenantı 49 yaşlı Şəmilov Azər Elyas oğludur.

Tibb xidməti baş leytenantı Azər Şəmilov 21 sentyabr tarixində təlimlərə cəlb edilib və elə müharibə başlayan ilk günlərdən ön cəbhədə xidmət edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə iştirak edən şəhidin oğlu Fədayət Şəmilov Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı atasının bir neçə dəfə ağır yaralansa da, xidmətini davam etdirdiyini deyib.

Onun sözlərinə görə, atası Azər Şəmilov barəsində onun döyüş yoldaşları ilə danışıb:

“Atam müharibə zamanı Tərtər (Suqovuşan, Talış), Goranboy (Tapqaraqoyunlu) istiqamətlərində döyüşüb. Həkim yoldaşının sözlərinə görə, atam yüzlərlə əsgəri döyüş meydanından çıxarıb və ilkin tibbi yardımı edib. Əsgərlər belə onun qorxmaz olduğunu deyirdilər. Heç kimin getmədiyi yerlərə atam özü sürünə-sürünə gedib və yaralılara ilkin yardım göstərib”.

“Atam qucağında yardım etdiyi əsgər ilə şəhid olub”

Şəhidin oğlu deyir ki, atasının şəhid olduğu yerlə düşmən postunun arasında 300 metr məsafə olub:

“Şəhid olmamışdan əvvəl bir neçə dəfə yanlarına “Qrad” mərmisi düşüb və yaralanıb. Amma xidmətini dayandırmayıb. Bu barədə mən sonra bilmişəm, yaralandığını evə deməmişdi. Döyüş yoldaşı deyir ki, atam oktyabrın 14-də saat 11-12 radələrində şəhid olub.

Həmin gün onları atəşə tutublar. Atamla döyüş yoldaşı xəsarət alıblar. Daha sonra özlərini toparlayıb, səngərə giriblər. Danışırdılar ki, təcili tibbi yardım avtomobili qarşılarında olub. Amma birdən görüblər ki, irəlidə bir əsgər yaralanıb. Atam döyüş yoldaşını qoymayıb, özü irəli atılaraq, təhlükəli əraziyə girib. Döyüş yoldaşı atama deyib ki, gözlə atəş kəsilsin, təhlükəlidir. Atam isə cavabında “indi getməsəm, cavan oğlandı, qanaxmadan həyatını itirəcək” deyib. Sürünə-sürünə səngərdən yaralıya doğru irəliləyib. Həmin zaman başqa döyüş yoldaşı da bir başqa yaralıya ilkin yardım göstərib.

Bir azdan atam o yaralını çıxarıb, təcili tibbi yardım maşınına gətirib. Orada tibbi yardıma davam edib. Elə həmin vaxt düşmən tərəfindən atılan “Qrad” mərmisi atamın düz yanına düşüb. Döyüş yoldaşı deyir ki, kömək üçün atamın yanına qaçıb, amma gec olub. Atam və qucağında yardım etdiyi İlkin adlı əsgər yerincədə şəhid olublar”.

“Ölümündən bir gün əvvəl evə zəng edib, “Qarabağı alıb, qayıdacağıq” dedi”

Şəhidimiz oğlu ilə sonuncu dəfə oktyabrın 13-də danışıb:

“Zəng elədi, hər zaman olduğu kimi ilk sözü “Narahat olmayın” oldu. Dedi ki, “hər şey yaxşı olacaq. İnşallah Qarabağı alıb, qayıdacağıq. Bu yolda öldü var, döndü yoxdu”.

Mən həmin gün çox narahat idim, sanki hiss edirdim nəsə olacağını. Gözümün qarşısına bəzi səhnələr gəlirdi. Oktyabrın 14-ü atamdan zəng gələr deyə, telefonun başında çox gözlədim. Amma atamdan zəng gəlmədi. Biz zəng edib maraqlandıq, dedilər, hər şey yaxşıdır, atanın başı qarışıqdı, gələndə deyərik.

Sonra bildim ki, elə həmin an şəhid olub atam, sadəcə bizə deməyiblər. Şəhid olma xəbərini ilk olaraq dayımdan aldıq. Atamın şəhid olmasından dörd saat sonra bizə xəbər verdilər.

Bütün bu məlumatları mənə atamın döyüş yoldaşı danışıb. Onun son sözünün, istəyinin nə olduğunu isə heç biri bilmədi. İlkin adlı əsgərlə birlikdə şəhadətə yüksəldi. Müharibə davam edən ərəfədə özü ilə danışırdıq, bizə heç nə danışmırdı. Fəxr edirəm ki, belə qəhrəman, qorxmaz, Vətənə sevgisi olan, öz peşəsini layiqincə yerinə yetirən kişinin oğluyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz onları heç vaxt unutmayacağıq”.

Şəhid Azər Şəmilov 16 il ANAMA-nın Tərtərdə yerləşən bölməsində baş həkim vəzifəsində çalışıb. O, doğulduğu Tərtər rayonu Qapanlı kəndində torpağa tapşırılıb.

Şəhidin Vətənə əmanət iki övladı qalıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Şəmilov Azər Elyas oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

20 Yanvar üçün yaradılan zəmin, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Next

Dünyada son sutkada 300 mindən çox yoluxma

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv