Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qarabağda başladı, Qarabağda bitdi: faciədən qələbəyə və 31 il sonra yaşanan İLK

By Vüsal Rafiqoğlu
20.01.2021 5 Min Read

1990-cı ilin qanlı yanvar günü. 31 il öncə Azərbaycan tarixinə faciə, həm də qəhrəmanlıq salnaməsi olaraq yazılan bu təqvimi 31 il sonra ilk dəfə qalig xalq kimi qarşılayırıq. Qarabağ artıq azaddır.

Hər şey əslində elə Qarabağdan başladı. 1987-ci ildən etibarən erməni separatizmi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə baş qaldırmağa başladı. Və SSRİ-nin hər iki mənada ləkəli başı Qorbaçov bu separatizmi körükləyir, yanan ocağın üzərinə yağ tökürdü.

Bu o tarix idi ki, Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılmış, Azərbaycan faktiki başsız qalmışdı. Ermənilərin planı da bu idi: Azərbaycanı müdafiə edəcək və nə Qarabağın işğalına, nə də 20 yanvar qırğınına imkan verməyəcək əsas şəxsi – Heydər Əliyevi kənarlaşdırmaq, işğala gedən yolu təmizləmək. Bu mərkli planda Qorbaçov böyük rol oynadı.

Qanlı Yanvarın icraçısı olan SSRİ müdafiə naziri marşal Dmirti Yazov Qorbaçovun erməni separatizminə dəstəyini belə xatırlayır:

“Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?”. Ermənilər Qarabağı “Artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət gərgin idi. Bu, Siyasi Büroda şok effekti yaratdı. Qorbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Girenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər. Çünki “azərbaycanlılar erməniləri pəncərələrdən atır və buradan nəhəng qan iyi gəlir”.

Ermənistandan azərbaycanlılar kütləvi şəkildə deportasiya olunur, Qarabağda erməni separatizmi şiddətlənir və qarşıdurma qızışırdı. SSRİ rəhbərliyi ilə bunun qarşısını almaq əvəzinə, qarşıdurmanı daha da qızışdırırdı.

İllər sonra ortaya çıxan faktlar Qarabağın işğal edilməsi və 20 Yanvar qırğının arxasında SSRİ-nin başında dayanan Qorbaçovla yanaşı, ABŞ-dakı erməni diasporu/lobbisinin də olduğu bəlli olacaqdı.

19 yanvar, 1990-cı il, Bakıya hücumdan bir gün öncə: Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, – Pell Şevardnadzeyə belə deyirdi.

Həmin görüşdən bir gün sonra Qorbaçov “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeritdi.

SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri dinc əhaliyə qarşı hərbi cinayət törətdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak
məhv edilib.

Qorbaçov Bakıda dinc əhalini qətlə yetirəndə ermənilər Qarabağın işğalına hazırlaşırdı və bu işdə erməni diasporu/lobbisi ciddi siyasi dəstək verirdi.

20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup üzvünün Qorbaçova ünvanladığı müraciət bunun sübutudur. Konqresmenlər azərbaycanlıların Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər.

Məktubda Qorbaçova xitabən bildirilirdi: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.

Bu müraciət 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində iştirak edənlərin coğrafi miqyasını da əks etdirir. Müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Breksler, o cümlədən, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri də var idi.

20 Yanvar Azərbaycan tarixinin dönüş nöqtəsi hesab oluna bilər. Bəli, bu ümumxalq hüzn günüdür, yüzlərlə şəhid vermişik, yüzlərlə insan yaralanıb. Lakin bu, həm də Azərbaycan milli kimliyinin formalaşmasında mühüm rol oynadı, dövlət müstəqilliyinin bərpa edilməsində əhəmiyyətli hadisə oldu. İnsanlar əliyalın tankın önünə çıxır, qorxmadan, çəkinmədən haqq səslərini çatdırırdılar.

Bu prosesdə ümumilli lider Heydər Əliyevin xalqın yanında olması müstəqilliyimin bərpasına gedən yolda əhəmiyyətli rol oynadı. Heydər Əliyev artıq heç bir vəzifəyə malik deyildi, amma onun xalqı üçün mübarizə əzmi sönməmişdi. Qanlı Yanvar qırğınına Moskvada ilk sərt reaksiya verən və Kommunist Partiyasının biletini hər kəsin gözü önündə atan, beləliklə, milli mübarizəni alovlandıran da Heydər Əliyev oldu.

Faciədən dərhal sonra – yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət törətdiyini bəyan etdi.

“…Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”, – Heydər Əliyev bildirmişdi.

“Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam”.

Heydər Əliyev məqalələrinin birində 20 Yanvar faciəsinin sifarişçisi Mixail Qorbaçovu və icraçısı olan SSRİ müdafiə naziri Dmitri Yazovu açıq şəkildə tənqid edirdi və sona qədər də onları bağışlamadı.

20 Yanvar hadisəsi ilə Azərbaycanda milli kimlik oyanışı baş verdi və tezliklə dövlət müstəqilliyi bərpa edildi. Ermənilər və havadarları isə məkrli planlarını yerinə yetirə, Azərbaycan torpaqlarını işğal edə bildilər. Bu, həm də o dövrün zəif hakimiyyəti, ölkədə yaşanan vətəndaş qarşıdurmasının nəticəsi idi.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində gələcəyə hesablanmış strateji fəaliyyətə başladı.

2003-cü ildən sonra bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Qarabağa, zəfərə gedən yolu daha əzmkarlıqla inşa etməyə başladı.

– Güclü ordu qurdu, vətənpərvər nəsil yetişdirdi;
– Azərbaycanı beynəlxalq arenalarda söz sahibi olan ölkəyə çevirdi;
– Ölkəni bütün regional layihələrin əsas və həlledici iştirakçısı etdi, bunun fonunda, Ermənistanı tamamilə oyundankənar vəziyyətə saldı;
– Və heç vaxt unutmadı, unutdurmadı, bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qarabağın azadlığına yönəltdi.

Nəhayət, Azərbaycana 30 il sonra o böyük zəfəri bəxş etdi. Artıq Azərbaycan qalib ölkə, Azərbaycan xalqı qalib xalqdır.

Hər şey Qarabağdan başladı, Qarabağda bitdi. 31 il öncə baş verən faciəni məhz 31 il sonra – Qarabağın azadlığından sonra ilk dəfə qalib xalq kimi qəhrəmanlıq salnaməsi olaraq qarşılayırıq. Və 31 il sonra ilk dəfə əminliklə deyə bilərik: bütün şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Millət vəkili Fatma xanım Yıldırım Ümumxalq Hüzn Günündə seçicilərinin yanında olub-FOTOLAR

Next

Türkiyə ABŞ-la müqavilə imzaladı: İcazə verilməyəcək

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv