Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Şərin Xeyirə qalib gəldiyi an – 20 Yanvar

By Vüsal Rafiqoğlu
20.01.2021 3 Min Read

Belə sonluğu heç kim gözləmirdi. Biz Xeyirlə Şər mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövh idik. O zaman çox az adam inana bilərdi ki, dövlət öz dinc vətəndaşlarına belə qanlı divan tuta bilər. Amma gördük ki, bəzən Şər də qalib gəlir. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi – qısa bir an.

İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik respublikasını qurmuş Azərbaycan cəmi 2 illik müstəqillikdən sonra yenidən imperiya caynağına düşmüş və bu əsarətin artıq  70 yaşı vardı.

70 yaşlı imperiyanın 19 yanvar 1990-cı il gecəsi: o müdhiş gecənin sabahı xalq düşmən tankının tırtılları altında əzilmiş, sinələri düşmən güllələrindən parçalanmış övladlarını qan gölündə tapdı. Bakının ürəkağrıdan dəhşətli mənzərəsi hamını sarsıtmışdı, amma xalq əyilmədi, ona tuşlanmış silahlardan qorxmadı. Nə qədər hüznlü və acı olsa da, xalq azadlıq uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı.  Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdikləri Vətən torpağına yüz minlərin çiyinlərində daşındı və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu – Azadlığın bərpasına gedən yolumuzda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.

Məzarlar üzərinə sərilmiş milyonlarla qərənfil şəhidlərimizin 20 Yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.

Bu günümüzdən baxanda 20 Yanvar mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən Sovet repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını nümayiş etdirdi.   Bununla Azərbaycan xalqı milli iradəsinin sarsılmazlığını və əsarətə boyun əyməyəcəyini bütün dünyaya göstərdi,  milli azadlıq uğrunda mübarizənin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqlarla dolu tarixi keçmişi və dövlətçilik ənənələri olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman düşmənə qarşı səfərbər olub mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli  töhfələr vermiş bir millət artıq əsarət altında yaşaya bilməzdi. Xalq öz qərarını verdi: Yolumuz -Azadlıqdır!

20 Yanvar faciəsi Azərbaycan xalqının milli  mübarizə əzmini və iradəsini sındıra bilmədi. O gecə baş verənlər xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Qanlı yanvar gecəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan “humanist” əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra Kommunist Partiyasından kütləvi istefalar və etirazlar İttifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Az sonra imperiya süqut etdi. 20 Yanvar gecəsi isə xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olundu. 20 Yanvar şəhidlərinin başlatdığı mübarizə davam etdi, böyüdü və bütövlükdə xalqın mübarizə yoluna çevrildi. Həmin gecə şəhidlərimizin öz qanı bahasına açdığı cığır bu il bizi Qarabağın ürəyinə – Şuşaya aparıb çıxardı. Yenə şəhidlər verdik. Amma xalqın azadlığı, millətin ləyaqəti və dövlətimizin müstəqilliyi təmin olundu.

Faciədən 31 il keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Bu il şəhidlərimizi qürurla, qələbə müjdəsi ilə ziyarət edirik. Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.

Bəli, şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.

Cavanşir Feyziyev

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

20 Yanvar faciəsindən 31 il ötür

Next

Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı – FOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv