Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Bir millət, iki dövlət!” prinsipi romantizm deyil, həqiqətdir

By Vüsal Rafiqoğlu
02.02.2021 3 Min Read

Prussiya generalı Karl fon Klauzevits (1780-1831) məşhur “Müharibə haqqında” əsərində müharibəni zorakılığın köməyi ilə siyasətin davamı olaraq xarakterizə edib. Lakin onun vurğuladığı müharibə ümumi bir savaş deyil. Çünki, o, sıx vəziyyətdə olan siyasi tənliyi açan məhdud, taktiki və nəticəyönümlü müharibənin əhəmiyyətindən bəhs edib. Başqa sözlə desək, siyasi hədəfə çatmaq üçün müharibədən başqa yol olmadıqda, müharibə siyasi vasitə rolunu oynayır. Bu baxımdan, bu gün Ermənistan-Azərbaycan müharibəsinin nəticələrinə baxdıqda Klauzevitsin Azərbaycanın nəzərində işarə etdiyi mənanı özündə əks etdirdiyini görmək olar: “Siyasi hədəflərin reallaşdırılması”. Belə ki, ədalətli və qanuni hədəflərinə çatması üçün müharibə yolu Azərbaycanın qarşında yeganə seçim kimi qaldı.

ARANTV.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin Konya vilayətində yerləşən Səlçuq Universitetinin rektoru, professor Metin Aksoy Azərbaycanın Vətən müharibəsində qələbəsini şərh edərkən söyləyib.

Beynəlxalq hüquqa hörmət edən bir dövlət kimi Azərbaycanın müharibəyə başlayan tərəf olmasının mümkünsüzlüyünü vurğulayan professor deyib: “Beynəlxalq sistemin “ərköyün uşağı” olan Ermənistanın əvvəlcə 2020-ci il iyulun 12-də, sonra isə sentyabrın 27-də həyata keçirdiyi hücum və təxribatlar Azərbaycanı cavab verməyə məcbur etdi. Yəni, Azərbaycanın müharibə yolunu seçməsinin səbəbi Qarabağ münaqişəsinin mövcud vəziyyəti ilə bağlı idi. Çünki Ermənistanın təxribatları hücumları xaricində münaqişə demək olar ki, “dondurulmuş” vəziyyətdə idi. Bu isə torpaqlarının bir hissəsi uzun illər Ermənistan tərəfindən işğal edilən Azərbaycan üçün bu işğalın leqallaşdırılmasından başqa bir şey demək deyildi. Azərbaycanın münaqişəni həll etmək üçün beynəlxalq cəhdləri bir sıra dövlətlərin Cənubi Qafqazdakı maraqlarına görə nəticəsiz qaldı. Bu da artıq Azərbaycanın öz torpaqlarını qaytarması üçün müharibədən başqa yol qalmadığına işarə edirdi. Bundan əlavə, Azərbaycan artıq 20 ildən çoxdur ki, Türkiyənin də dəstəkləri ilə ordusunu təkmilləşdirmək yolunda iri addımlarla irəliləyirdi. Azərbaycanın torpaqlarını qaytarması üçün seçdiyi vaxt da son dərəcə vacib idi. Ermənistandan fərqli olaraq, Azərbaycan dəyişən qlobal və regional tənliyi olduqca yaxşı təxmin etmişdi. Ermənistan hər zaman olduğu kimi, bu savaşda da ona yaxın ölkələrdən dəstək gələcəyini hesablamışdı. Lakin, bu, belə olmadı.

Bu məsələnin digər hissəsi isə ötən zaman ərzində Azərbaycanın dünyanın lider ölkələri ilə əlaqələrini yaxşılaşdırması, ticarətinin həcmini artırması idi. Bundan əlavə, Ermənistanın dəstəklənməsi bu dəstəyi verən ölkələrin Azərbaycanla çox sıx bağları olan Türkiyəni də qarşılarında görməsi ilə nəticələnə bilərdi. Bütün bu amilləri göz önünə gətirdikdə, yaranan müharibə vəziyyətində Ermənistanın lehinə işləyən köhnə şərtlərin artıq mövcud olmadığını görmək mümkün idi. Bütün bu səbəblər Azərbaycanın torpaqların qaytarılması istiqamətində yürütdüyü siyasətin hədəflərinin reallaşmasına kğmək etdi.

Bununla da sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində başlanan qarşıdurma noyabrın 9-da imzalanan atəşkəslə sona çatdı. Azərbaycanın 28 il əvvəl Ermənistan tərəfindən işğal edilən torpaqları bu müharibədən sonra öz sahibinə qayıtdı”.

Professor qeyd edib ki, əvvəlcə bu razılaşmanı imzalamaq istəməyən Ermənistan sonradan Şuşaya daxil olan və Xankəndiyə yaxınlaşan Azərbaycan Ordusunun daha da irəliləyəcəyini anladı. Azərbaycan Ordusunun irəliləməsi strateji baxımdan özünü burada da büruzə verdi. Əldə olunan razılığa əsasən, Azərbaycanın uzun illər işğal altında qalan torpaqlarının geri qaytarılması ilə yanaşı, Naxçıvanla da quru yolu ilə nəqliyyat dəhlizi açılacaq. Bu da Azərbaycanın uzun illər davam edən qarşıdurmanı öz lehinə nəticələndirməsi ilə yanaşı, böyük qazanc əldə etməsinə vəsilə oldu.

“Burada qardaş ölkə olan və hər platformada “Bir millət, iki dövlət” prinsipi əsasında daim Azərbaycanı dəstəkləyən Türkiyənin də qazanclarını qeyd etmək lazımdır. Türkiyənin qlobal meydanda nüfuzunu daha da artıran ən böyük amillərdən başlıcası Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi Türkiyə istehsallı dronlardır. Azərbaycan Prezidenti İlham Əliyevin türk əsgərlərinin sülhməramlı missiyada iştirak edəcəyini vurğulaması Türkiyənin bölgədəki varlığını möhürlədi. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında qurulacaq nəqliyyat dəhlizi, eyni zamanda, Türkiyənin quru yolu vasitəsilə Orta Asiyaya bağlanmasına böyük töhfə verəcək”, – deyə Metin Aksoy bildirib.

 Whatsappla göndər
 Teleqramla göndər
 Facebookda paylaş
 Twitterdə paylaş
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənilər Qafan yolunda bayrağımızın altından keçir

Next

Göz üçün faydalı qidalar

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv