Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Zəfərdən sonra gələn zəfərlərə salam olsun!

By Vüsal Rafiqoğlu
04.02.2021 3 Min Read

Ovqat

Qələbə də deyirik, zəfər də; zəfər daha əzəmətlə səslənir. Bu səbəbdən zəfər ifadəsi daha könüləyatımlıdır…

Qələbə – zəfər istəyin, niyyətin, fəaliyyətin, amalın gerçəkləşməsi deməkdir. Fərdlər üçün də, ictimaiyyət üçün də, cəmiyyət üçün də. İctimaiyyət xalq deməkdir; xalqın adına ad olan qələbə tarixdir, qələbə – zəfər ilin ayını, ayın gününü tarixləşdirməkdir.

BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin həll edə bilmədikləri (bəlkə də həll etmək istəmədikləri!) münaqişəni Azərbaycan Ordusu həll etdi. Bu münaqişə 1988-ci ildənmi başlayır, yoxsa ermənilər Azərbaycan ərazisində məskunlaşdığı vaxtlardanmı? Soruşulsa, dünya bu sualın qarşısında gözlərini döyəcək (tarixi gerçəkliyin tələbi kimi münaqişənin dürüst tarixi belə hesablanmalıdır)…

Erməniliyin ərazi iddiası ilə başlayan münaqişə elan edilməyən müharibə ilə nəticələndi. Havadarlarına güvənən, havadarlarının maddi, hərbi dəstəyindən kifayət qədər bəhrələnən (indi də bəhrələnir!) Ermənistan faşist ideologiyasının daşıyıcısı kimi son dərəcə ağır cinayətlər törətdi; Bağanıs Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri heç zaman unudulmayacaq…

Dünya Ermənistanın Azərbaycandan ərazi iddiasını 2020-ci il sentyabrın 27-nə kimi Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırırdı. Ermənistan dəfələrlə Azərbaycan ərazisinə soxulmaq, yeni ərazilər işğal etmək üçün hücumlar etmək istəmişdi. Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən, müxtəlif təyinatlı silahlardan, artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Ordumuzun hissələri hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyytı başladı.

Döyüşlərin mahiyyəti Vətən müharibəsi idi, əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi.

Vətən müharibəsi xalqın müharibəsi idi…

Azərbaycan Ordusu işğalı döyüş-döyüş sonlandırırdı…

Döyüşlərin ilk günlərində düşmən bir qədər müqavimət göstərə bilirdi. Azərbaycan əsgərinin qətiyyəti, hərbi anda (deməli, dövlətə, dövlətçiliyə!) sədaqəti bu “bir qədər”i də darmadağın etdi; düşmənin pərəni (nizamı, sırası) pozuldu. Döyüşlərin ilk həftələrində döyüşə-döyüşə geri çəkilən düşmən, bir döyüş qədərincə dirəşən düşmən qaçmağa başladı…

Artilleriya atəşi səngimişdi. Yaralıları dayaq məntəqəsinə göndərmişdilər. Bir azdan döyüş əmri veriləcəkdi. Bu “bir az” müddətində çoxusu iki-iki kürək-kürəyə verib mürgüləyirdi; müharibədə istirahət belə olur…

…Düşmən hücumun qarşısını ala bilmirdi. Döyüş gərginləşdiyi anda Kərim sinəsindən yaralandı. Onun “mə-ni vur-du-lar” harayını Vasif beş-altı addımlıqdan eşitdi. O tərəfə atıldı. Kərimin qolundan yapışıb özünə tərəf çəkdi. Kərim əlləriylə sinəsini sıxıb qanı dayandırmaq istəyirdi. Vasif döyüşçünün qolları altından yapışdı. Yan-yörəsinə sancılan güllələrə məhəl qoymadan sağa sarı sürünməyə başladı. “Qorxma”, – dedi. “Səni döyüşün içindən çıxardacam…”. Üç-dörd addım uzaqlaşmamışdılar. Yaxınlıqlarına mərmi düşdü. Sol çiynindən qəlpələr dəyən Vasif yavaş-yavaş heydən düşürdü. Bunu hiss edən Kərim dili tutar-tutmaz, “Da-yan” dedi…

Döyüşdən sonra gördüklərindən heyrətləndilər: Vasifin sağ qolu Kərimin, Kərimin sol qolu Vasifin boynuna sarılmışdı; ikisi də şəhid olmuşdu…

Zəfər kəlməsində Kərimlərin, Vasiflərin ruhunun şükranlığını da duyuruq…

44 gün davam edən Vətən müharibəsində kəndlər, şəhərlər, strateji yüksəkliklər azad ediləndə hər döyüşçü qoynundan bir bayraq çıxardırdı. Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə döyüşənlərin sayı qədərincə bayraq dalğalanırdı.

Vətən müharibəsinin ilk həftələrində Murovdağ dağ silsiləsi də ermənisizləşdirildi, sonra Hadrut (Suqovuşan) işğaldan azad edildi. Sonra Cəbrayıl, sonra Füzuli, sonra Zəngilan, sonra Qubadlı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Necə? – bu “necə”ni rus mediası jurnalistikanın bütün bəşəri tələblərinə əsasən obyektivliklə, səmimiyyətlə, dürüstlüklə belə ifadə edir:  “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”…

Və noyabrın 8-i Zəfər Günü kimi tarixləşdi; Zəfər Günü ruhumuzun göyqurşağına döndü, Zəfər kəlməsi dilimizin əzbəri oldu…

Xorvatiyadan könüllü gəlmiş muzdlu belə deyir: “Əvvəlcə şimalda döyüşdüm, sonra bölüyümüz Şuşa yaxınlığına köçürüldü. Kabusun nə olduğunu orada anladım. Düşmən dəfələrlə çox idi. Onlar dalğa kimi irəliləyirdilər. Bir qrupu məğlub edirdik, amma onun ardınca  başqa bir qrup gəlirdi”. Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan belə deyib: “Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər – onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi”. Düşmənə belə duyğular yaşadanların qazandığı zəfəri ictimaiyyət könüllərində də, yaşantılarında da, dillərində – gündəlik müraciətlərində də yaşadacaq. Həm də Zəfərdən sonra gələn Zəfərlərlə…

Zəfər ovqatı neçə illər, neçə onillər, neçə yüzillər cəmiyyətin yaşamının mehrabı olacaq…

Son aylarda doğulan oğlan uşaqlarına Zəfər adı verirlər. Vətən müharibəsində qazanılan zəfərə qədərsiz sevgiyə görə. Vətənin qıraqda qalan yerlərində də belədir (sərhədlərlə bölünən torpaq ruhən bölünmür!). Bu, Vətən müharibəsində dillərdə, könüllərdə yaşadılan (və yaşadılacaq!) istəyin təzahürüdür.

15-16  əsr əvvəl Qorqud Dədə ad verərdi oğullara. Dədə Qorqudu Azərbaycan ordusunun (Azərbaycan xalqının) qələbəsi əvəzləyir; bu Zəfərdə bu qüdrət var! Müqəddəsliyinə görə, tarix yazdığına görə, tarixləşdiyinə görə!..

Əvvəllər də Zəfər adı vardı; indi Zəfər adı ruhdan gələn istəyin ad göstəricisidir…

Zəfərdən sonra gələn zəfərlərə salam olsun!..

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilib

Next

Azərbaycan və İtaliya etibarlı tərəfdaşlardır

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv