Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Etimadı doğrultmaq, məsuliyyət, peşəkarlıq, ictimai rəyə hörmətlə yanaşmaq…

By Vüsal Rafiqoğlu
05.02.2021 3 Min Read

Bu keyfiyyətlərə sahib olan məmurlar ümumxalq hörməti qazanacaqlar

«Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məluma0t versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi.»  Prezident İlham Əliyevin bu sözləri təkcə tarixçilərin deyil,  harada işləməsindən asılı olmayaraq hər bir vətəndaşın vəzifəsinə  dövlətçilik və xalqımızın maraqları baxımından məsuliyyətlə  yanaşmasını tələb edən tövsiyəsidir. Prezident İlham Əliyevin   Qarabağ Dirçəliş Fondunun,   işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərin  yaradılması ilə bağlı fərmanlarının tətbiqində də əsas məqsəd təcrübəli kadrların quruculuq, bərpa işlərinə cəlb olunmasıdır.  Bacarıqlı, işinin öhdəsindən gəlmək qabiliyyətində olan mütəxəssislərə etimad göstərilməsi  son illərdə ölkədə aparılan kadr islahatlarının davamıdır. Ölkədə genişmiqyaslı quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyi, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə başlanıldığı bir məqamda  vətəndaş məsuliyyətinə diqqətin artırılması, tapşırılan sahəyə nəzarət edəcək kadrların etimadı doğrultması daha aktualdır. Şuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimovu videoformatda qəbul edərkən qarşıdakı vəzifələrin böyük məsuliyyət, işgüzarlıq, diqqət,  zəngin təcrübə tələb etdiyini bildirən cənab İlham Əliyevin vurğuladığı kimi  ölkə vətəndaşları, beynəlxalq ictimaiyyət bərpa işlərinin gedişi ilə maraqlandığı üçün obyektivlik, peşəkarlıq, qiymətləndirmə prosesində təcrübə böyük əhəmiyyət daşıyır.  Ona görə də  etimad göstərilən kadrlar infrastruktur layihələrinin icrasına, şəhərsalma qaydalarına   nəzarət etməli, bütün işlərin ictimai rəy əsasında  tətbiqinə  diqqətlə yanaşılmalıdır.

Təcrübəli kadr potensialının nəyə qadir olduğunu, mütəxəssis  hazırlığının böyük  əhəmiyyət daşıdığını Vətən müharibəsi dövründə də hiss etdik. Azərbaycan Ordusunun döyüş taktikası və strategiyasının beynəlxalq səviyyədə öyrənilməsi ilə bağlı ekspert rəyləri, açıqlamaları təsadüfi  deyil. Adi bir misala diqqət yetirək. Ermənistan tərəfindən inşa edilmiş istehkamları dağıtmaq, Şuşanın işğaldan azad olunması üçün qoşqonmaz qayaları aşmaq üçün  təcrübə, məharət, işinə məsuliyyətlə yanaşmaq,  şəxsi heyəti ən çətin şəraitdə mübarizəyə hazırlamaq  böyük təcrübə, məharət tələb edirdi. Milli Ordumuzun rəşadətli əsgərləri  çətin maneələri uğurla keçərək düşməni məğlub etdilər.

Hazırda daha çox qurucu, yaradıcı, təşəbbüskar kadrlara, gənc mütəxəssislərə ehtiyac vardır.  İşğaldan azad olunmuş torpaqlarda başlayan bərpa işlərinə nəzarətin böyük məsuliyyət tələb etdiyi, müasir şəhərsalma qaydalarına  uyğun infrastruktur layihələrinin icra olunduğu  indiki mərhələdə əsas məsələ erməni vandallarının dağıtdığı  əraziləri dirçəltmək,  müasirləşdirmək, bölgələrimizdə əvvəlki canlanmanı təmin etməkdir. «Axı, infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – «ağıllı şəhər» konsepsiyası, «ağıllı kənd» konsepsiyası» söyləyən dövlət başçımızın vurğuladığı kimi,  buna nail olmaq,  bölgələrin simasını dəyişəcək, yeniləşdirəcək layihələri hazırlamaq, həyatda tətbiq etmək üçün də bacarıqlı kadrlar lazımdır.

Bu məsələ Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddə də əksini tapır. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması üçün mütəxəssislərin iştirakı ilə  həyata keçiriləcək  beynəlxalq və  regional nəqliyyat-logistika dəhlizinin bərpası ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Belə mühüm layihələrin reallaşmasında  təcrübəli mütəxəssislərin iştirakı üçün kadr potensialının formalaşması ölkəmizin beynəlxalq səviyyədə mövqeyini də möhkəmləndirir.

İlk mərhələ kimi işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsizliyi təmin edilməli,  ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Bu günlərdə  yeni yaradılan Mina Təmizləmə Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Süleymanovu videoformatda qəbul edən Prezident İlham Əliyev bildirmişdir ki,   müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: « Agentliyin qarşısında böyük vəzifələr durur. İlk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz. Təşkilatlanma işi düzgün həll edilməlidir. Yaradılan yeni agentlik dövlət agentliyidir. Əlbəttə ki, ilk növbədə, peşəkar kadrlar seçilib agentliyin işinə cəlb edilməlidir. Təbii ki, keçmiş ANAMA qurumunun kadrlarından istifadə edilməlidir, eyni zamanda, agentliyin say tərkibi də müəyyən olunmalıdır. Çünki azad edilmiş torpaqlarda işləri sürətlə, keyfiyyətlə qurmaq və aparmaq üçün əlbəttə ki, agentliyin daha da böyük işçi qüvvəsi olmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.»  Prezident  İlham Əliyevin tez-tez səsləndirdiyi bu tövsiyələr  yüksək etimad göstərilmiş məmurların gündəlik iş prinsipi olmalıdır:  «Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prokurorluq orqanlarında işə qəbulla bağlı test imtahanı keçirilib – FOTO

Next

Birinci vitse-prezident Mehriban Əliyeva bir ana kimi səsimi duydu – Arzu Nuriyeva – VİDEO – FOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv