Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ana dili milli dövlətçiliyimizin rəmzlərindən biridir

By Vüsal Rafiqoğlu
01.08.2022 3 Min Read

Ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də ölkəmizdə uğurla davam etdirilir

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yeni, latın qrafikası əsasında tərtib olunmuş əlifbanın tətbiqi respublikamızın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Həmin dövrdə yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə inteqrasiyası üçün yeni perspektivlər açdı və bu imkanların tam reallaşması üçün yeni əlifbaya keçid zəruri şərtlərdən biri idi. Məhz bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

Qeyd etmək lazımdır ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev respublikada sovet hakimiyyəti qurulandan sonrakı dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verilməsi istiqamətində fəaliyyətə başladı. 1978-ci ildə, Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndərin bu istiqamətdə qətiyyətli fəaliyyətinin növbəti parlaq ifadəsi oldu. Ümummilli Liderimiz öz çıxışlarının birində həmin hadisələri şərh edərək belə demişdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir”.

Etiraf olunmalıdır ki, müstəqilliyimizin ilk illərində qəbul olunmuş “Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında”, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunları da məhz əsası ötən əsrin 70-ci illərindən qoyulan dil haqqında siyasətin məntiqi davamı kimi ortaya çıxan dövlət sənədləri idi. Lakin bütün bu hüquqi sənədlər hələ də məsələyə kompleks yanaşmanı təmin etmirdi. 1993-cü ilin iyun ayında, ölkə xaos içərisində və vətəndaş müharibəsinin astanasında olduğu zaman respublikada ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bu sahədə dövlətin siyasi xəttini müəyyən etdi.  Daha sonra Ölkə Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri kimi təsbit edildi. Həmin vaxt ana dilimizin necə adlandırılması məsələsi ölkə ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilmişdi. Ulu Öndər dərin məntiqi, fenomenial yaddaşı və fundamental bilikləri ilə bütün xalqa müraciət edərək belə demişdir: “Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu, artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.

Ümummilli lider Heydər Əliyevin 1991-ci il dekabr ayının 25-də qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında”, 1992-ci il dekabrın 22-də  imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarının praktikaya yönəldilməsini təmin edən sənədləri imzalaması xüsusi əhəmiyyət kəsb edən addımlar oldu. Həmçinin 2001-ci il iyun ayının 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman  bu istiqamətdə dövlət siyasətinin əhəmiyyətli mərhələsi hesab edilməlidir. Prezident Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı növbəti Fərman “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” oldu. Məhz bu Fərmanda Azərbaycan Respublikasının ərazisində “Hər il avqust ayının 1-i gününün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü olaraq qeyd ediləcəyi” bildirildi.

Bu gün ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Həmçinin dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Bütün bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısından xəbər verir və eyni zamanda da bu istiqamətdə ardıcıl dövlət siyasətinin aparılmasının zəruriliyini bir daha vurğulayır.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ana dilimiz ən qiymətli sərvətimizdir

Next

“Türmə”də ölən Qara Rəhilə görün kim imiş

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv