Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Zəfər tariximizin möhtəşəm 4 günü – düşmənə göz dağı Aprel döyüşləri

By Vüsal Rafiqoğlu
04.04.2023 3 Min Read

Polkovnik 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə uğurumuzun əsas sirləri haqda danışdı

İşğalçı Ermənistana qarşı qalibiyyətli Aprel döyüşlərindən (1-5 aprel) 7 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri uğurlu əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü. 4 gün çəkən döyüşlər Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi.

Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar, ümumilikdə 2 min hektar ərazi düşməndən azad olundu. 2016-cı il aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərindəki mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Təəssüf ki, şəhidsiz ötüşmədik. Lakin dörd günlük müharibə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. İşğalçı ordunun “məğlubedlməzlik” mifi darmadağın edildi.

Bu mini-zəfər əlbəttə ki, 2020-ildəki Böyük Zəfərin “baş məşqi” və xəbərçisi idi. Təcavüzkarın torpaqlarımızdan qovulacağı günün uzaqda olmadığının müjdəçisi idi.

Aprel uğurumuzun əsas səbəbi nə idi?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ordunun gücləndirilməsi, müasir standartlara uyğun ordu səviyyəsinə gətirilməsi hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olanda onun diqqətində olan əsas məsələlərdən biri idi. Torpaqlarımızın gec-tez döyüş yolu ilə azad ediləcəyini Heydər Əliyev çox dəqiq bilirdi. Ona görə də ordu quruculuğunu dövlətin prioritetlərindən biri elan etmişdi. Bu siyasət İlham Əliyev hakimiyyətə gəldikdən sonra çox uğurla davam və inkişaf etdirildi: “Birinci Qarabağ müharibəsində ordumuz yeni yaradılmasına baxmayaraq, silah çatışmazlıqları yaşamasına baxmayaraq döyüş əməliyyatları təcrübəsi qazanmışdı. İllər keçdikcə Azərbaycan Ordusunun güclənməsinin yeni mərhələsi başlandı. Yeni müasir silahlar alındı, zabitlərimizin, hərbçilərimizin Türkiyə ordusu ilə hərbi təlimləri daha intensiv aparıldı, müxtəlif xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə təhsil almağa göndərilən hərbçilərimizin sayı artırıldı. Bu mərhələ bizi məhz torpaqlarımızın azad edilməsinə doğru aparırdı. 2016-cı ilin aprel döyüşləri böyük qələbənin real olduğunu, Azərbaycan Ordusunun gücünü, ərazilərimizi azad etməyə hazır vəziyyətdə olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı, dövləti uzun illər keçməsinə baxmayaraq heç zaman işğal faktı ilə barışmadı, torpaqlarımızın nəyin bahasına olur-olsun azad edilməsi mövqeyində oldu. Azərbaycan Ordusunun böyük tarixə imza atmağa hazırlığı davamlı həyata keçirildi. Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu ilə paralel olaraq diplomatiya meydanında misilsiz işlər həyata keçirdi, dünya ölkələrindən Azərbaycanın haqq işinə dəstək verilməsi üçün lazımi addımlar atıldı. Azərbaycanın hərbi büdcəsi ilbəil artırıldı və hətta Ermənistanın dövlət büdcəsindən yüksək səviyyəyə çatdırıldı. Azərbaycan dövləti, xalqı, ordusu ərazilərimizin azad edilməsi məsələsində vahid gücə çevrilmişdi. Bütün sadaladığım məqamlar və ən vacibi hakimiyyət-xalq birliyi, ordu-xalq vəhdəti istər aprel döyüşlərində, istərsə də 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində qələbəni qaçılmaz etdi”.

Polkovnikin sözlərinə görə, Aprel döyüşləri Azərbaycan Ordusu üçün test rolunu oynadı. Testdən ordumuz, cəmiyyətimiz müvəffəqiyyətlə keçdi: “Ermənilərin “Ohanyan səddi” adlandırdıqları istehkamlar məhz aprel döyüşlərində yarıldı. Azərbaycan Ordusunda ruh yüksəkliyi yarandı, xalqımızda torpaqlarımızın tamamilə azad edilməsini bacaracağımıza tam inam formalaşdı. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə qarşıdakı 10-12 kilomterlik məsafə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verdi ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Təmas xətti dəyişdirildi. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz işğalla barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi qələbəyə gətirib çıxarır”.

R.Məhərrəmov onu da qeyd etdi ki, Aprel döyüşləri süni yaradılmış “yenilməz erməni ordusu” mifini sındırdı: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Ermənistan cəmiyyəti sarsıldı, təşviş içərisində yaşamağa başladı. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı, işğalçı ordunun rəhbərləri işdən qovuldu, daha sonra isə müharibə caniləri olan Qarabağ klanı Ermənistanda hakimiyyətdən getdi. Aprel döyüşləri Ermənistan dövlətini laxlatdı, aprel döyüşlərinə qədər özündənrazı, ruh yüksəkliyi olan erməni cəmiyyəti pessimizm, ruh düşkünlüyü girdabına yuvarlandı”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramazanda toy-nişan etmək istəyənlərin nəzərinə

Next

Naxçıvanda avtomobil piyadanı vurub

Xəbər lenti

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Son Yazılar

  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv