Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Nala-mıxa vurmaqdan yorulmadınmı, ay zavallı?..

By Vüsal Rafiqoğlu
28.11.2023 3 Min Read

Paşinyanın növbəti “sülh” oyunu

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl “sülh göyərçini”nə çevrilsə də, regionda baş verən son proseslərdən sonra adəti üzrə siyasi kursunu dəyişərək yenə Azərbaycanla baş tutacaq sülh müqaviləsini imzalamaqdan yayınmağa, sülh danışıqlarını uzatmağa başlayıb. O, növbəti dəfə açıqlama verərək bir müddət əvvəl dediklərini təkzib edib. Siyasətini nala-mıxa vurmaq kursu üzərində quran Paşinyanın bu tipli açıqlamaları ilk dəfə deyil ki səslənir. Bir müddət əvvəl ölkəmizlə sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışan Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların videosuallarını cavablandırarkən bildirib ki, Azərbaycanla Ermənistan arasında üç prinsip üzrə sülh müqaviləsinin imzalanacağı bəlli deyil. Paşinyan yenə də Brüssel danışıqları zamanı Ermənistanın ərazisinin 29 800 kv. km. olduğunun qəbul edildiyini, sərhədlərini müəyyən edilməsi zamanı 1974-1990-cı illər xəritələrindən istifadə edilməli olunduğunu (halbuki Ermənistan SSR 1920-ci ildə yaradılıb, sərhədi də həmin vaxt müəyyən edilib -red.) iddia edib. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikdən imtina edərək, kommunikasiyalar ölkələrin yurisdiksiyasında olmasının vacibliyini bildirib. “Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir”, – deyə Paşinyan yenə nala-mıxa vurub. Onun sözlərinə görə, danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. “Bildiyiniz kimi, noyabrın 30-da sərhədlərin demarkasiyası komissiyalarının iclasının keçirilməsi nəzərdə tutulur. Biz bu müzakirələrdən Azərbaycanın bu prinsiplər əsasında danışıqlar aparmağa hazır olması və ya bu prinsipləri qəbul etmədiyinə dair nəticə çıxaracağıq. Bizdə hələ də belə bir inam yoxdur. Düzdür, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Ermənistan Respublikasının ərazisi dedikdə hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır” – deyə, baş nazir bildirib.

Beləliklə, Paşinyan da bilir ki, Ermənistanın ərazisinin əhəmiyyətli bir hissəsi Sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılan torpaqlardır. Artıq Sovet hakimiyyəti mövcud olmadığından Ermənistanın həmin əraziləri Azərbaycana qaytarması lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi də məhz 1918-20-ci illərin xəritələri əsasında aparılmalıdır. Necə deyərlər, “Ermənistan SSRİ-yə nə ilə gəlmişdirsə, onunla da getməlidir!”

Göründüyü kimi, Ermənistan rəhbəri əfsuslar olsun ki, ona verilən şansı layiqincə dəyərləndirmir və real iş əvəzinə, yenə boşboğazlıqla məşğul olur, vaxtı fövtə verir. Özünü məğlub tərəf kimi aparmır. Bəs kapitulyant ölkə sülh oyunlarını hara kimi davam etdirə biləcək? Məlumdur ki, ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Hər halda, onlar ən azından, regional sülhün “siyasi sərmayədarı” kimi görünməyə üstünlük verirlər. Lakin son vaxtlar Qərb siyasi dairələrində sülh prosesinə zərbə vura biləcək davranışlara xüsusi həvəs də müşahidə edilməmiş deyil. Bu, Qərbdə Cənubi Qafqaza münasibətdə ikibaşlı oyun vərdişlərindən hələ tam uzaqlaşılmadığını təsdiqləyir. Hazırda regional sülh prosesinə ən güclü müqavimət məhz Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransa tərəfindən törədilməkdədir. Məhz Fransa regional sülh prosesini pozmağa çalışan əsas məkrli beynəlxalq siyasi iradə mərkəzlərindən biri rolunda çıxış edir. Rəsmi Parisin Ermənistan üzərindən reallaşdırmağa çalışdığı hərbi-siyasi manipulyasiyalar, təxribatlar dayandırılmayacağı təqdirdə, Cənubi Qafqazda yaxın gələcəkdə davamlı sülh və əmin-amanlıq dövrünə başlamaq çox çətin olacaq. Bu, Fransanı pozucu tərəf statusunda ön plana çıxarır. Bu ölkənin sərgilədiyi “sülhpərvərliyə” Yaxın Orta Şərqin misalında baxa bilərik: Qəzza problemi yeni-yeni başlayan zaman Fransa HƏMAS-a qarşı koalisiya formalaşdırmaq istəyirdi, hətta buna çağırışlar belə edirdi. Amma indi İsrailin üzərinə gedir. Makronun həm daxili, həm xarici siyasəti anlaşılmazlıqlarla, ziddiyyətlərlə doludur. Bu dövlətin əsas qayəsi sülhün əldə olunmamasıdır. Paris üçün destruktiv mənzərə həmişəki kimi, “ürəkaçıcıdır”.

Bütün bu hadisələrdən nəticə çıxarmayan, öz havadarlarına arxayın olaraq yeni təxribatçı fikirlər səslənirən Nikol Paşinyan göründüyü kimi, yenə də dar siyasi təfəkkürü ilə hərəkət edərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi və aparılan sülh danışıqlarını baltalamaqla məşğuldur. Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq. Çünki başqa çıxış yolları yoxdur. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bizi Qərbi Azərbaycana aparacaq yol…

Next

Haylar elə bir dumanlı yola çıxıblar ki…

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv