Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Otuz ildən sonra gerçəyə çevrilən arzu… Laçından reportaj

By Vüsal Rafiqoğlu
27.01.2024 3 Min Read

Ötən 30 ildə hər dəfə qar yağanda kədərlənirdim, yadıma doğma Laçından köçkün düşdüyümüz qış mövsümündə ermənilərin törətdiyi cinayət hadisələri düşürdü. Laçın həsrəti ilə yaşamaq bizə mənəvi əzab verirdi. Amma indi doğma yurdumuzdayıq, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır. Çünki ərazi bütövlüyümüz bərpa olunub, qalib ölkənin qalib vətəndaşı kimi doğma elimizdə məskunlaşmışıq.

Bu fikirlər Laçın sakini İlham Mirzəyevə məxsusdur. AZƏRTAC-ın bölgə müxbirinin Laçın səfərinə dair qeydlərini təqdim edirik.

Səfərimiz ölkəmizin cənub qərbində, dağlar qoynunda yerləşən Laçın şəhərinədir. Zəfər yolu, sonra Şuşa-Laçın yolu ilə irəliləyirik. Enişli-yoxuşlu və aşırımlı yollarla Laçın şəhərinə çatırıq. Dəniz səviyyəsindən 1164 metr hündürlükdə yerləşən şəhər ağ örpəyi ilə diqqət çəkir. Erməni işğalı zamanı dağıdılan Laçın azad edildikdən sonra yenidən öz laçın çağlarına qayıdır.

Böyük Qayıdış nəticəsində şəhərdə artıq 408 ailə olmaqla, 1555 nəfər yaşayır. Əhalinin məşğulluğu da diqqətdə saxlanılır.

Şəhərdə yaşayan ailələrdən birinin qonağı oluruq. Çöldə havanın qarlı-şaxtalı olmasına baxmayaraq, laçınlı ailə bizi öz isti ocağında və səmimi qonaqpərvərliklə qarşılayır.

Ailə başçısı İlham Mirzəyev 1957-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri burada keçib. 1992-ci ilədək ailəsi ilə birlikdə firavan yaşayıblar, ta ki, Laçın işğal olunana qədər…

Otuz il köçkünlük həyatı onlar üçün ağır keçsə də, yenidən doğma yurda qovuşublar. Ataların bir misalı var: “Köhnə yurdun qədrini təzə yurda köçəndə bilərlər”, – deyən İlham dayı ötən illərin yurd həsrətindən danışır. Danışdıqca həm kövrəlir, həm də sevinir. Deyir ki, Laçına qayıdanda qarışıq hisslər yaşayıb və bu, indi də davam edir. Sanki bu günlər onun üçün bir xəyal idi. İndi bu xəyal, bu arzu gerçəkləşib…

Qarın yağmasına baxmayaraq, hər hansı çətinlik yaşamadıqlarını söyləyən İlham dayı deyir ki, 30 il öncə, Laçından köçkün düşməmişdən qabaq burada mavi yanacaq, asfalt yollar olmayıb: “Amma indi Laçın şəhəri çox müasirləşib. Qışın soyuğunu hiss etmirik. Əskinə, yağan qarın hər kəsdə yaratdığı sevinc hisslərini görürük. Evimizə istilik sistemi çəkilib, su xətləri var, elektrik enerjisi fasiləsiz verilir. Hər küçəyə də asfalt döşənib”, – deyə o söyləyir.

Ailənin ən kiçik nümayəndəsi Yusif Cəbrayılov da Laçına – baba yurduna qayıtdığı üçün çox sevinir. O, Bakıda yaşayanda böyüklərindən Laçın haqqında tez-tez soruşar, onlar danışdıqca baba yurdunun rəsmlərini çəkərdi. “Laçına qayıdacağımız günü biləndə çox sevindim. İndi buradayam və onu daha yaxşı çəkməyə çalışıram”, – deyən Yusif Laçın şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alır. İstedadı ilə fərqlənən balaca Yusif Laçının təbiətini plastilinlə daşlar üzərində göstərməyə çalışır. Belə əl işlərindən birini göstərərək deyir: “Bu əl işimdə dağlar arasından axan Həkəri çayını və günəşi təsvir etmişəm. Digər əl işimdə isə Laçında dalğalanan bayrağımız var. Laçını gəzdikcə daha çox əl işim olacaq. Çünki Laçın gözəlliklər diyarıdır”.

Laçın şəhərinə bu qış mövsümündə beşinci dəfədir qar yağır. Buna baxmayaraq, şəhərdə həyat öz axarı ilə davam edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır VİDEO

Next

Hiss “Kədərli bölüm” dedi – Video

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv