Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Bölgə

Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır VİDEO

By Vüsal Rafiqoğlu
27.01.2024 3 Min Read

1990-cı il yanvarın 26-sı. Soyuq qış günü. Bakıdan törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı. Ölkəmizin hər yerində imperiya əsarətinə, torpaqlarımızın işğalına qarşı etiraz edən həmvətənlərimiz haqq səslərini dünyaya çatdırmağa çalışırdılar. Cənub bölgəsində, o cümlədən Lənkəranda da vəziyyət gərgin idi, azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı.

Hər gün şəhərin əsas meydanında mitinq keçirilirdi. Sovet hakimiyyətinin anti-Azərbaycan qərarlarına etiraz edən insanları qorxutmaq üçün səmaya helikopterlər qaldırılsa da, əhali geri çəkilmirdi. Bunu görən sovet ordusu Bakıda, Cəlilabadda və Neftçalada həyata keçirdiyi qırğını Lənkəranda da törətmək üçün hərəkətə keçdi. Lakin Lənkəran Milli Müdafiə Batalyonunun dəstələri şəhərdə baş verə biləcək kütləvi qırğının qarşısını almaq üçün Haftonu meşəliyinə çəkildi və şiddətli döyüşlər başladı.

Hadisə şahidi Baləddin Cəlalov o günləri belə xatırlayır: “Saat 2 olardı. Şəhər tərəfdən dağlara doğru bir neçə helikopter, tank və BTR-in hücumunun şahidi olduq. Kənd camaatı gərginlik içərisində idi. Görəsən nə baş verir..? Saat 4-də sanki müharibə başladı. Silahlanmış rus əsgərləri kəndə daxil oldular və hara gəldi atəş açmağa başladılar. Təxminən iki saatdan çox şiddətli atışma getdi. Sanki müharibə idi. Bir çoxunu əsir götürdülər, neçə-neçə insanı öldürdülər. Şəhidlərimizin nəşi ortalıqda qalmışdı. Rus hərbçiləri imkan vermirdi ki, kənd sakinləri onları götürsün. Kim yaxınlaşırdısa, güllələyirdilər. Sonra yaralıları və ölənlərin hamısını vertolyota yığıb apardılar.”

Haftoni meşəliyində qeyri-bərabər şəraitdə keçən döyüşdə 5 nəfər amansızlıqla qətlə yetirildi, qalanları isə saxlanıldı. Onlardan biri – Tariyel Abdullayev helikopterlə Bakıya aparılarkən yolda boğularaq öldürüldü.

Qanlı Yanvar  hadisələrinin digər iştirakçısı Mehman Bayramov da saxlanılanlar arasında olub: “Bizi Haftoni meşəsində tutdular, orada üç nəfər öldü. Sağ qalanları helikopterlə işgəncə verə-verə Bakıya apardılar. Bakıya çatanda gördüm ki, bir nəfər yerə yıxılıb. Yaxınlaşdım, amma əllərim bağlı idi. Dişimlə onun əlinə bağlanan ipi açmaq istəyəndə gördüm ki, Tariyeldir. Bir sinifdə oxumuşduq, həm də qonşu idik. Onun əlindəki ipi açmaq istəyəndə təpiklə vurdular, dişlərim qırıldı”.

“Lənkəran hadisələri”nin canlı şahidi olmuş Qismət Əmirov da o günləri unuda bilmir. Deyir ki, düşmənin Lənkəranı hədəfə alması təsadüfi deyildi. Çünki, 20 Yanvar hadisələrindən 9 gün əvvəl Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Hər kəs Vətənin bütövlüyü, azadlığı uğrunda ayağa qalxmışdı.

“Bakıda 20 Yanvar faciəsi baş verdikdən təxminən bir həftə sonra Lənkəranda da bu hadisələrin davamı yaşandı. Döyüşlər, əsasən, bizim həyətdən başlayaraq meşə istiqamətinə yönəldi. Hətta küçələrdə də döyüş gedirdi. Lənkəranın kiçik özünü müdafiə batalyonu böyük bir sovet ordusu ilə üz-üzə dayanmışdı. Özünümüdafiə batalyonunun üzvləri ov silahları ilə silahlanaraq döyüşə atılmışdı. Hər birimiz bilirdik ki, bu qeyri-bərabər döyüşdə şəhid olacağıq. Amma Vətənə bağlılıq, azadlıq hissi o qədər güclü idi ki, geri çəkilmədik. Ağır döyüşlərdə dəstəmizin bir neçə üzvü şəhid oldu”, – deyə o həmin günlərin bir daha yada salır.

Bu hadisədən sonra imperiya qoşunlarının silahlıları 16 lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxlayıblar.

Nizam Həmidov da Ulyanovskda həbsdə qalıb: “Mən Rusiyada idim. Bakıdakı faciəni eşidib Vətənimin dar gününə, onun harayına gəldim. Bakıdan sonra azğınlaşmış rus ordusunun Lənkərana hərəkət etdiyi deyilirdi. Yanvarın 26-da günorta rus ordusu vertolyot, tank və BTR-lərlə üstümüzə gəlməyə başladı. Onlar şəhərə girməsin deyə Haftoni meşəsinə çəkildik. Rus əsgərlər də istiqaməti dəyişib, meşəyə doğru atəş açmağa başladılar. Bizi mühasirəyə aldılar, şiddətli döyüş getdi, şəhidlərimiz, yaralılarımız oldu. Yenə də mübarizəmizdən dönmədik. Çünki Azərbaycan bizimdir, müstəqillik uğrunda şəhid olmağa dəyər. Təki Vətən sağ olsun, bütöv olsun”.

Qırğınlara, sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, bir yumruq kimi birləşib imperiyaya qarşı çıxdı və böyük xalq olduğunu bir daha təsdiqlədi.

Həmin günlərdə Lənkəran 5 nəfəri Bakıda olmaqla, ümumilikdə, 11 şəhid verib. Onların adı Lənkəran şəhərinin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Sakinlər bu müqəddəs məkanı ziyarət etməklə, Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tuturlar.

Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır VİDEO

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Böyük Qafqaz dağları bu gün Qubadan daha aydın görünüb – FOTOREPORTAJ

Next

Otuz ildən sonra gerçəyə çevrilən arzu… Laçından reportaj

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv