Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Moskva terroru və Azərbaycanın təhlükəsizlik səddi: Sərhədlərin açılmamasının əsl səbəbi aydınlaşır – FOTO

By Vüsal Rafiqoğlu
26.03.2024 2 Min Read

“Son illər Fransada, Almaniyada, Böyük Britaniyada, Çində, İranda və sonuncu, Rusiyada törədilən terror aktları bəşəriyyətin hansı təhlükə ilə üz-üzə qaldığını bir daha göstərdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, terror törədənlər bütün insanlığın düşmənidirlər:

“Müharibələrdə hər iki tərəfin əlində silah olur və onlar aralarındakı problemi həll etməyin yolunu döyüşməkdə görürlər. Dinc, heç bir günahı olmayan insanların öldürülməsi isə vəhşilikdir, barbarlıq və vandalizmdir. Bu qətliamı törədənlər qanunun ən sərt maddələri ilə cəzalandırılmalıdırlar”.

Deputatın fikrincə, Rusiyanın Moskva vilayətinin “Crocus City Hall” konsert zalında törədilən terror bütün ölkələrə ciddi xəbərdarlıqdır. O vurğulayıb ki, hər bir ölkə özünün və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Bunun üçün müxtəlif yollar seçilir, üsullar tətbiq edilir:

“Azərbaycan 44 günlük müharibədən sonra öz ərazi bütövlüyünü tam olaraq təmin edib. Ötən il antiterror tədbirlərinin keçirilməsində məqsəd də ərazilərimizdə 30 il ərzində kök salmış erməni terrorçuların kökünü birdəfəlik kəsmək idi. Azərbaycan bunu bacardı, Ermənistan ordusunun qalıqlarını və separatçıların sonuncusunu ölkə ərazisindən qovub çıxara bildi. Nə qədər ki separatçılar Qarabağda mövcud idilər, həm dövlətimiz, həm də vətəndaşlarımız daim terror təhlükəsi altında qalırdılar. Dövlətimiz sonuncu erməni terrorçu zərərsizləşdirilənə qədər mübarizə apardı. Dünyanın güclü dövlətlərinin separatçıları dəstəkləməsinə rəğmən, Azərbaycan beynəlxalq qanunlara istinad edərək, həm suverenliyini bərpa etdi, həm də Cənubi Qafqazı terrorla təhdid edən erməni terrorizminin son qalasını onların başına uçurdu. Prezident İlham Əliyevin təbirincə desək, biz separatçıların tabutuna son mismarı vurduq”.

Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına gəlincə, A.Hüseynov hesab edir ki, bu qərar həm də bütün dünyanı təhdid edən terror təhlükəsi ilə bağlıdır.

Milli Məclisin üzvü diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın arxasında dayanan bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən erməni terror təşkilatları ağır məğlubiyyəti qəbul edə bilmirlər. O söyləyib ki, hər yolla bunun əvəzini çıxmağa çalışırlar:

“Hələ Birinci Qarabağ müharibəsi zamanı erməni terror təşkilatlarının həm ölkə ərazisində, həm də xaricində vətəndaşlarımıza qarşı terror aktları törətdiklərini unutmamışıq. Ermənilərin, həm də Azərbaycan torpaqlarında qurulmuş Ermənistan adlı qondarma dövlətin mayası terrorla yoğrulub. Nəzərə almalıyıq ki, Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı hər cür plan hazırlamaqdadırlar. Onlardan biri də üçüncü ölkələrin vətəndaşlarının əli ilə Azərbaycanda terror aktları törətməkdir. Azərbaycan xariclə yalnız quru əlaqələrinə müvəqqəti məhdudiyyət qoyub, hava və dəniz əlaqələri isə açıqdır. Azərbaycanın müharibədən sonra quru sərhədlərinin bağlanması barədə verdiyi qərarı bu gün terrordan əziyyət çəkən ölkələrin əksəriyyəti təkrarlamaqdadır. Terroru önləmək üçün atılan addımlar, bəzi çətinliklər yaratsa belə, alqışlanmalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Goranboyda güclü külək fəsadlar törədib – FOTO

Next

62 yaşlı Zaqatala sakini təyyarə hazırladı – VİDEO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv