Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Narkomaniya bəşəriyyətin genefondunu məhv edir

By Vüsal Rafiqoğlu
30.03.2024 4 Min Read

Dünyada ən təhlükəli problemlərdən biri olan narkomanlıq və narkotizm hüquqi, sosial, mənəvi, iqtisadi, tibbi və psixoloji xarakterli arzuolunmaz neqativ nəticələrə gətirib çıxarmaqla onunla mübarizə tədbirlərinin gücləndirilməsi öz aktuallığını qoruyub saxlayır. Bəşəriyyət hələ də narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasının effektiv həlli yollarının axtarışındadır.

Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır.

Yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Yeniyetmə yaşı sosial psixoloji cəhətdən keçid, dönüş yaşıdır, çünki bu dövrdə xasiyyətin formalaşması, yəni şəxsiyyətin əsaslarının formalaşması baş verir. Çoxları bu yaşı “çətin”, kritik yaş adlandırır. Çünki valideynlik himayəsindən müstəqilliyə keçid, xasiyyətin qurulması – bunların hamısı şəxsiyyətin zəif tərəflərini açır, onu çox zəif, mühitin xoşagəlməz təsirlərinin və zərərli adətlərin (siqaret çəkmə, alkoqol, toksikomaniya və s.) meylliliyinin təsiri altına düşən edir.

Narkomaniyaya meylilliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotiklərə meyilli olan yeniyetmələrdə iradə kimi xüsusiyyət, həmçinin dəyişikliyə məruz qalır. Qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır.

Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır.

Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır. Bütövlükdə narkotizmlə cinayətkarlıq arasında qarşılıqlı əlaqənin və bunlar arasında bilavasitə asılılığın olması artıq heç kimdə şübhə doğurmur. Qiyməti çox baha olan və durmadan artan narkotiklərdən asılı vəziyyətə düşən narkoman, narkotik  vasitələr  almaq  üçün  vəsait  əldə etmək  məqsədilə “cinayət törətməyə yüksək hazırlıq vəziyyətində” olur. Narkotik vasitələrin qəbuluna ehtiyac gücləndikcə, onun davranışının kriminal səbəbi artır. Narkomanın eqoizmi, onun bütün niyyət və hərəkətləri hər hansı bir yolla onun üçün zəruri olan narkotik dozanın əldə edilməsinə yönəldilir və onu hüquqazidd hərəkətlərə sövq edir. Bu halda narkomaniyanın xüsusi təhlükəliliyi narkotiklərdən istifadənin yalnız şəxsiyyəti məhv etməsindən deyil, həmçinin narkomaniyanın özünün cinayətlər törədilməsinin səbəblərindən biri kimi çıxış etməsindən ibarətdir.

Narkomanlar arasında aparılan araşdırmalar göstərir ki, onların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyurlar. Məhkum olunmuş narkomanlardan rəyi soruşulanların çoxu bildirir ki, narkotik maddə almaq üçün oğurluq etmişlər. Narkomanlar arasında ictimai qaydalar və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir. Həmin cinayətlərin böyük bir qismi xuliqanlığın payına düşür. Narkomanların törətdikləri cinayətlərin bir hissəsi narkotik aclıq vəziyyətində edilir, lakin həmin şəxslər narkotik maddələrin təsiri altında heç də az təhlükəli deyillər. Narkomanların adam öldürməsi və sair ağır cinayətlər törətməsi hallarına kifayət qədər rast gəlmək olar.

Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxarmaq olmaz ki, narkomaniya, ilk növbədə, insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.

Respublikamızda narkomaniya ilə mübarizə sahəsində heç də az iş görülməmişdir. Lakin bununla qətiyyən kifayətlənmək və arxayınlaşmaq olmaz. Cəmiyyətimizin, ayrı-ayrı ictimai birlik və təşkilatların ən müxtəlif dövlət strukturlarının, xüsusən də hüquq-mühafizə orqanlarının bu istiqamətdə səylərinin birləşdirilməsi və gücləndirilməsi əsas amildir.

Çünki yerləşdiyi geosiyasi məkana görə narkobizneslər Azərbaycana daha çox meyillidirlər. Onlar ölkəmizi narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün münasib dəhliz hesab edirlər. Odur ki, bu cür cinayətkarlığa qarşı mübarizə gündən-günə daha təsirli, peşəkar aparılır. Hüquq-mühafizə orqanlarının keçirdikləri uğurlu əməliyyatlar daim ictimaiyyətə açıqlanır.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla narkotik vasitələrlə bağlı hər il məhkəmə və istintaq orqanlarının yüzlərlə sualı cavablandırılır.

Regionlarda fəaliyyət göstərən məhkəmə və hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ekspertizasının keçirilməsində rastlaşdıqları çətinlikləri aradan qaldırmaq, onların həmin xidmətlərə əlçatanlığını asanlaşdırmaq və bu işdə operativliyi təmin etmək məqsədi ilə Mərkəzin Gəncə, Şirvan, Şəki və Lənkəran regional bölmələri yaradılmış və onlar ixtisaslı kadrlarla komplektləşdirilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, bu xəstəliyə düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin təkmilləşdirilməsi, bu sosial bəladan qurtulmaq istiqamətində müsbət nəticələrə nail olmaq məqsədilə əhali, o cümlədən məhkumlar arasında məqsədyönlü işlər, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.

Ekspert təcrübəsinə əsasən hesab edirik ki, 12 yaşdan 15 yaşa qədər olan yeniyetmələrin psixikası zərərli meyillərə xüsusi ilə həssasdır. Hesab edirik ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, narkomaniyanın profilaktikası qarşılıqlı inam olan ailədə mümkündür.

Digər ən əlverişli yol isə onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meyilli olduğundan buna görə də şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.

Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır. Narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyini formalaşdırmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır.

Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bəşəriyyətin genefondunu məhv edən bu bəla ilə sistematik, daha mütəşəkkil və davamlı qaydada mübarizə aparılması çox vacibdir.

Elvin Aslanov,
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki- kimyəvi ekspertizalar şöbəsinin rəisi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistana və havadarlarına xatırlatma: Gedən qatarın arxasınca hələ çox baxacaqsınız

Next

Alimlər qocalma ilə mübarizə aparan və yaşa bağlı xəstəliklərin qarşısını ala biləcək zülal kəşf ediblər

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv