Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Sülh müqaviləsi harada, nə vaxt? – 6 aydır açıq qalan sual…

By Vüsal Rafiqoğlu
15.06.2024 4 Min Read

İrəvanın nala-mıxa vurma “taktikası” davam edir, ABŞ isə Kremlə görə tərəfləri tələsdirir – analitiklərin qeydləri…

2024-ün təxminən yarısı artıq arxada qalıb. Rəsmi İrəvanın Bakı ilə sülh sənədi məsələsində nala-mıxa vurma “taktikası” isə davam edir. Son olaraq, baş nazir Nikol Paşinyan deyib ki, sənədin mətni, demək olar ki, hazırdır və imzalanma bir ay ərzində reallaşa bilər.

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin mətni kifayət qədər yetkindir. Paşinyan sülh sazişi olmadan Azərbaycanla kommunikasiyaların açılmasını da mümkün sayıb. “Praktiki addımlarla real dünyanı formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, – baş nazir qeyd edib. Lakin ardınca o iddia edib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini danışıqlarla əlaqələndirmək guya sülh prosesini əngəlləmək cəhdidir: “Mən 2018-ci ildə, sonra 2019-cu ildə konstitusiyanın dəyişdirilməsindən danışdım və bu, yalnız demokratik islahatlarla bağlıdır. Biz dedik ki, konstitusiyanın dəyişdirilməsi danışıqların bir hissəsi ola bilməz”.

Nəhayət, Ermənistanın sülh ritorikasının səmimiliyini şübhə altına alan daha bir məqam bu açıqlamalar fonunda, uzun fasilədən sonra sərhədimizin – Naxçıvanın 3 rayonunun iyunun 14-də Ermənistan tərəfdən atəşə tutulmasıdır…

Bu arada ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də bir ildən sonra bu cür çətinlikdə olmayacaq. “Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik”, – diplomat əlavə edib. Yəni o, Rusiyanı sülh prosesinə əsas əngəl sayıb. Bəs ABŞ-ın özü? Ümumiyyətlə bölgədə marağı olan böyük güclər ikitərəfli formatda sülh müqaviləsinin imzalanmasına imkan verəcəkmi, bunu rahatca “həzm” edəcəkmi? Söhbət təbii ki, həm də Rusiyadan gedir. O Rusiya ki, Paşinyan hökuməti dönəmində Ermənistanda ona etimadsızlıq faktiki pik həddə çatıb. Ümumiyyətlə, Rusiya nə dərəcədə sülh sənədinin imzalanmasında maraqlıdır, əgər bu ölkənin yüksək çinli rəsmiləri hələ də Nikol Paşinyanı Qarabağı Azərbaycan ərazisi saydığı üçün bağışlaya bilmirsə…

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluya görə, Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycanla bir ay ərzində sülh sazişinin imzalanması və kommunikasiyaların açılması mümkünlüyünü bildirməsindən bir neçə saat sonra Naxçıvanın 3 yaşayış məntəqəsinin Ermənistanın silahlı qüvvələrinin atəşinə məruz qalmasını necə başa düşmək lazımdır: “Bu Azərbaycanla yanaşı Nikol Paşinyanın özünə qarşı da təxribatdır. Fevralın əvvəlində oxşar təxribat baş vermiş və Azərbaycan hərbçilərinə atəş açılan erməni postu dağıdılmışdı. İndi biz yenə də hərbçilərimizə atəş açan postu dağıtmaq məcburiyyətində qala bilərik. Həmin hadisənin təxribat olduğunu Nikol Paşinyan da etiraf etmişdi. Fevral ayındakı təxribatın Paşinyanın orduya tam nəzarət edə bilməməsinin sübutu idi. Paşinyan orduda ”5-ci kolonun” varlığını etiraf edib, ancaq bu azdır, Ermənistan ordusu təxribatçılardan təmizlənməyincə bu Paşinyanın da arzuladığı sülhə əsas təhlükə olacaq. Belə çıxır ki, sülh sazişi imzalananadan sonra da Ermənistan ordusundakı təxribatçıların Azərbaycanın mövqelərinə atəş açacaqlarından sığortalanmamışıq”.

Bundan əlavə, politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, Ermənistanın yeni Konsitusiyasının qəbulunu sonraya saxlayır: “O rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib. Həmin Konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu daxili məsələ deyil. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Nikol Paşinyanın özünün də açıqlamaları var. Aydındır ki, yeni Konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycanın və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddialarını əks etdirən Konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır”. Ekspertin sözlərinə görə, amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək: “Bu həm ABŞ-ın maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq. Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələrin və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, vasitəçisiz danışıqlar gedir və sülh sənədinin mətni razılaşdırılmaqdadır: “ABŞ və Avropa İttifaqı sülh müqaviləsinin imzalanmasına dəstək bəyanatları səsləndirirlər. Rusiya isə kömək etməyə hazır olduğunu bildirir. Hələ ki bizə əngəl yaradılmır. Bu, yaxşı tendensiyadır. Eyni zamanda, Paşinyan da Minsk Qrupunun öldüyünü təsdiqlədi. Əgər Ermənistan sülh sazişinə qol çəkib, növbəti mərhələdə qanunvericilik aktlarında ərazi iddiaları ilə bağlı dəyişiklik edəcəksə, bunu qəbul etmək olar. Amma Ermənistana nə dərəcədə güvənmək olar? Fikrimcə, hazırda yaxşı fürsət yaranıb və ilk növbədə İrəvan bu şansı dəyərləndirməlidir. Çünki sonra regionda elə hadisələr baş verə bilər ki, sülh danışıqları dalana dirənər, kənar güclərin müdaxilələri nəticəsində heç nə əldə etmək olmaz. Odur ki, vəziyyəti qiymətləndirmək lazımdır. Digər tərəfdən isə böyük güc mərkəzləri sülh sənədinin açılmasında ona görə maraqlıdırlar ki, koridor açılsın, nəhəng iqtisadi proyektlər işə düşsün. Ukrayna müharibəsi dünya iqtisadiyyatını silkələyir. Bu problem həll olunmalıdır, fakt budur ki, düyün yaradıb”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu il Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası başa çata bilər

Next

Şuşada beynəlxalq konfrans keçirilir

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv