Hadisə Tovuzda iki avtomobil toqquşub, bir nəfər ölüb By Vüsal Rafiqoğlu 17.08.2024 1 Min Read Tovuzda ölümlə nəticələnən yol qəzası olub. “Report” xəbər verir ki, Elton Hüseynovun idarə etdiyi “Hyundai HD-72” markalı avtomobillə Şakir Abbasovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Nəticədə Ş. Abbasov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.