Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Taksi sürücülərinə ŞAD XƏBƏR: Proses başlayıb

By Vüsal Rafiqoğlu
14.10.2024 3 Min Read

Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.

Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilib. Məlumatda qeyd edilib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.

Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.

Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

AYNA-dan mövzu ilə bağlı bildirilib ki, yaradılan dayanacaqlar və minib-düşmə məntəqələri yalnız taksilər üçün nəzərdə tutulub: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri təşkil edib. Sentyabrın 30-dan etibarən burada beş duracaq və bir minib-düşmə yeri fəaliyyət göstərir. Duracaqlarda taksi olmayan avtomobillərin dayanması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək. Qeyd edək ki, minib-düşmə yerində də yalnız taksilər üçün icazə var, digər maşınların orada dayanmasına icazə yoxdur”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, taksi dayanacaqlarının yaradılması həm sürücülər, həm də sərnişinlər üçün olduqca əlverişlidir: “Avtobus dayanacağı olduğu kimi, taksilərin də müştəri götürməsi üçün dayanacaqları olmalıdır. Həmçinin müştəri olmadıqda orada dayansalar, insanlar da taksiləri daha rahat şəkildə taparlar. Əvvəllər Bakıda taksi dayanacaqları olub. İndi də var, amma sayları çox azdır. Taksi dayanacaqlarının insanların çox olduğu ərazilərdə, ali məktəblərin, alış-veriş mərkəzlərinin, həmçinin nəqliyyatın kəsişməsi adlandırdığımız yerlərdə olması vacibdir”.

Y.Mustafayevin fikrincə, taksilərin bu sahədə yaşadığı problemlər az da olsa həllini tapacaq: “Çünki avtobus zolaqlarının çəkilməsi ilə taksi sürücülərinin işi bir az da çətinləşmişdi. Sərnişini düşürmək və mindirmək üçün yer tapa bilmirdilər. O baxımdan bu, təqdirəlayiq addımdır. Ola bilər ki, bəzi yerlərdə bu dayanacaqlar kiçik olacaq, ehtiyacı ödəməyəcək. Çünki Bakıda küçələr və prospektlər əvvəlcədən müəyyən olunub. Onları dəyişmək və ya düzəltmək mümkün deyil”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov da dayanacaqlardan əlavə, minib-düşmə yerlərinin də səmərəli olacağını düşünür: “Taksi dayanacaqlarının yenidən qurulması və yenilərinin yaradılmasında əsas məqsəd həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqdır. Burada daimi taksi dayanacaqları ilə yanaşı “drop off” da yaradılır. Dayanmaq üçün imkan olmayan yerlərdə avtomobili ani saxlayıb sərnişin endirmək və mindirmək mümkündür. Bu, bir çox Avropa ölkələrində də mövcuddur”.

E.Cəfərovun sözlərinə görə, dayanacaqların yaradılması təqdirəlayiq olsa da, əsas məsələ orada dayanacaq taksilərin müəyyən edilməsidir: “Taksidə istifadə olunan maşınların üzərinə sarı taksi fənərləri qoyulmur. Bu isə taksi sürücülərinin müəyyənləşdırılməsində çətinlik yaradır. Taksi sürücüləri özləri səhlənkarlıq edirlər. Halbuki qanunvericilikdə bu tələb mövcuddur. Əgər taksi sürücüləri maşınlarının damına taksi fənərini yerləşdirməsə, Dövlət Yol Polisi onları müəyyən edə bilməyəcək. Dayanacaqlarda saxlamaq üçün bu məsələyə ciddi yanaşmalıdırlar. Düzdür, artıq rəsmi qeydiyyatdan keçmiş taksi avtomobillərinin nömrələri Dövlət Yol Polisinin bazasına ötürülür. Polis əməkdaşları portala yazaraq görə biləcəklər ki, həmin sürücü taksi sahibidir, yoxsa, adi sürücü. Həmçinin, sürücünün taksi fəaliyyəti ilə məşğul olmağa icazəsi varmı? Amma yenə də yaxşı olar ki, sarı taksi fənərləri maşınların üzərinə qoyulsun”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sahibə Qafarova İsveçrədə – FOTOLAR

Next

500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv