Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq? – DETALLAR

By Vüsal Rafiqoğlu
09.11.2024 3 Min Read

“Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq”.

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

ELNUR NESİBOV.jpg (179 KB)

O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.

“Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, – deyə Elnur Nəsibov bildirib.

Bəs təhsil işçilərinə veriləcək güzəştli kartlarda nələr olacaq?

kamran.jpg (28 KB)

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında deyib:

“Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. Bu təşəbbüs dövlətin təhsilə və müəllim peşəsinə göstərdiyi dəyərin əyani göstəricilərindən biridir.

İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Müəllimlərin böyük bir qismi gündəlik olaraq məktəblərə getmək üçün ictimai nəqliyyatdan istifadə edir və bu, həm maddi cəhətdən əlavə yük, həm də gündəlik olaraq qarşılaşılan fiziki yorğunluq yaradır. Ona görə də ictimai nəqliyyatda xüsusi endirimlərin və ya pulsuz keçidlərin təklif edilməsi müəllimlərin xərclərinin azaldılmasına kömək edə bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, intercity və şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə də əlavə imkanlar yarada bilər.

Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Təhsil işçiləri, xüsusilə də müəllimlər peşələri ilə bağlı stress, yorğunluq və digər sağlamlıq problemləri ilə üzləşir,  zaman-zaman müxtəlif tibbi yardıma ehtiyac duyurlar. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Tibbi xidmətlərə güzəştlərin təklif edilməsi həm də müəllimlərin sağlamlığını qorumağa və iş qabiliyyətlərini uzun müddət saxlamağa kömək edə bilər.

Bu güzəştli kartlar müəllimlər üçün digər sosial və mədəni imkanları da genişləndirə bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Bu, həm də müəllimlərin öz bilik və dünyagörüşlərini genişləndirməsi baxımından faydalıdır. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin mədəni imkanlardan yararlanması onların şəxsi inkişafına, eyni zamanda şagirdləri ilə ünsiyyətlərinə müsbət təsir göstərir.

Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Müəllimlərin bu sahədə güzəştləri iqtisadi cəhətdən onlara bir qədər rahatlıq gətirə bilər. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır”.

Kamran Əsədov bildirib ki, bəzi ölkələr təhsil işçiləri üçün müəyyən vaxtlarda pulsuz turizm paketləri və ya səyahət endirimləri təşkil edir:

“Məsələn, Koreyada və Yaponiya kimi ölkələrdə müəllimlərin yay tətili dövründə xüsusi endirimli turizm xidmətlərindən faydalanması onlara həm istirahət, həm də fərdi inkişaf üçün geniş imkanlar yaradır. Bu cür endirimlər və xüsusi təkliflər vasitəsilə müəllimlər həm öz ölkələrinin müxtəlif bölgələrini, həm də xarici ölkələri səyahət edə bilərlər. Bu, müəllimlərin ümumi bilik səviyyəsinə, mədəni zənginliyinə və nəticə etibarilə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər”.

Təhsil eksperti müəllimlərin arzuladığı güzəştlərdən də söz açıb:

“Müəllimlərin digər bir arzusu mənzil güzəştləridir. Xüsusilə gənc müəllimlər üçün mənzilə güzəştlərin tətbiq edilməsi onların peşələrində uzunmüddətli qalmasını stimullaşdıra bilər. Bir sıra Avropa və Asiya ölkələrində gənc müəllimlər üçün güzəştli ipoteka proqramları həyata keçirilir və ya xüsusi dövlət yardımları ilə mənzil sahibi olmağı asanlaşdıran layihələr mövcuddur. Azərbaycanda da bu cür proqramlar müəllimlərin daha yüksək motivasiya ilə çalışmasına səbəb ola bilər.

Dünya təcrübəsi göstərir ki, təhsil işçilərinə verilən güzəştlər onların peşə fəaliyyətində yüksək əhəmiyyətə malikdir və təhsilin ümumi keyfiyyətini artırmaqda mühüm rol oynayır. Müəllimlər sosial təminatlarının yaxşılaşdırılması üçün təhsil sahəsində güzəştlərin olmasını arzulayır və bu cür təşəbbüslər vasitəsilə daha yüksək motivasiya ilə işlərini icra edə bilərlər”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

COP29 tədbir məkanı Bakı Olimpiya Stadionu təhvil verildi

Next

Ərdoğan Azərbaycan xalqını TƏBRİK ETDİ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv