Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Okampodan daha bir həyasızlıq: “İrəvan Bakıya qarşı iddianı götürsə belə…”

By Vüsal Rafiqoğlu
08.02.2025 3 Min Read

Rüşvətlə bəslənən keçmiş prokuror “ermənilərə qarşı törədilmiş cinayətlər”lə bağlı şikayətləri geri çəkməməyə çağırıb; hüquq müdafiəçisi: “Ermənistan bu cür ara qatanların sözlərinə uymamalıdır”

“Ermənistan 2021-ci ilin mayından ermənilərə qarşı törədilmiş cinayətlərə (?! – red.) dair istintaqı dayandıra bilməz”. “Yeni Müsavat” yazır ki, bunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, Azərbaycan əleyhinə şər-böhtanları ilə tanınan, erməni pulu ilə bəslənən argentinalı Luis Moreno Okampo X sosial şəbəkəsində yayımlanan video-müraciətində bildirib.

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsindən şikayətləri geri çəkmək hüququ var. Lakin prokuror hələ də yurisdiksiyanın genişləndiyi 10 may 2021-ci ildən başlayaraq və geri çağırılma müddətinin bitməsindən bir il sonra cinayətlərə dair istintaq aparmaq hüququna malikdir”, – erməni yanlısı bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan “son 3-4 il ərzində Ermənistanda və ya Dağlıq Qarabağda baş verən hadisələrə dair” istintaqı dayandıra bilməz.

Xatırladaq ki, Ermənistan 1 fevral 2024-cü il tarixində Roma Statutsunu ratifikasiya edərək BCM-in tam hüquqlu üzvü olub. Ermənistan rəhbərliyi iddia etmişdi ki, BCM-ə üzvlük İrəvana Azərbaycana qarşı “hərbi cinayətlər və təcavüz” ittihamı üzrə məhkəmədə iddia qaldırmağa imkan verəcək.

Ötən ilin dekabrda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistanla sülh müqaviləsi layihəsində razılaşılmayan iki maddədən biri məhz beynəlxalq məhkəmələrdə qarşılıqlı şikayətlərdən imtina ilə bağlıdır. Baş nazir Nikol Paşinyan bununla bağlı qeyd edib ki, Ermənistan Azərbaycanla qarşılıqlı beynəlxalq şikayətlərin geri çağırılmasını mümkün sayır.

Bəs Okampo niyə əl-ayağa düşüb? Onun yuxarıda dedikləri nə dərəcədə əsaslıdır? Ermənistan iddianı geri götürsə belə, BCM iddiaya baxa bilər? O halda qərar nə ola bilər? Bunu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil.

Çingiz Qənizadəyə ağır itki - GlobalInfo.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq eksperti Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Luis Moreno Okampo deyilən “şəxsiyyət” təpədən-dırnağa qədər erməni diasporu tərəfindən maliyyələşən, özünü ermənilərə satmış bir hüquqşünasdır: “Çox təəssüfedicidir ki, belə bir şəxs vaxtilə Beynəlxalq Cinayət Məhkəməsi kimi quruma rəhbərlik edib. İndi ikitərəfli qaydada Azərbaycanla Ermənistan arasında anlaşmalar əldə olunursa, proses müsbətə doğru gedirsə, əlaqələr yavaş-yavaş qurulursa, tələblərimiz Ermənistan tərəfindən qəbul edilirsə, Ermənistanın da müəyyən istəkləri bizim tərəfimizdən müzakirə olunursa və ümumi bir nəticəyə gəlmək imkanları yaranırsa, Okampo kimi adamlar niyə narahat olur, bu maraqlıdır. Belə çıxır ki, Okampo da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülhü istəmir, çünki belə adamlar konfrontasiya vəziyyətləri mövcud olanda erməni diasporundan daha çox maliyyə qoparda bilirlər”.

Hüquq müdafiəçisi hesab edir ki, “Ermənistan 2021-ci ilin mayından ermənilərə qarşı törədilmiş cinayətlərə dair istintaqı dayandıra bilməz” şüarı ilə çıxış etmək absurddur və bu bəyanatda həm də Azərbaycana böhtan yer alır: “Azərbaycan ermənilərə qarşı heç bir cinayət törətməyib. Bir nəfər də olsun mülki ermənini Azərbaycan öldürməyib, bir nəfər də olsun mülki ermənini Azərbaycan öz ərazisindən zorla çıxarmayıb. İkincisi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Azərbaycan-Ermənistan münasibətlərinə qarışmaq üçün heç bir səlahiyyətə malik deyil. Ermənistan və Azərbaycan tərəfi qarşılıqlı olaraq iddialar qaldırılmaması barədə müsbət mövqelər nümayiş etdirirlərsə, bu keçmiş rüşvətxor prokurorun məsələyə qarışması ortaya suallar çıxarır. Bu cür çirkin fəaliyyətlə məşğul olan adamlar Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəllər yaratmaq üçün ən müxtəlif yollara əl atırlar. Bu çirkin yollardan biri də Ermənistanı Azərbaycana qarşı əsassız məhkəmə iddiaları qaldırmağa, qaldırdığı iddialardan geri çəkilməməyə təşviq etməkdir. Bax, Okampo da məhz bu fəaliyyətlə məşğuldur. Belə yaramaz adamlar çalışırlar ki, Ermənistan məhkəmə iddialarından geri çəkilməsin və Azərbaycanla münasibətlər gərginləşsin”.

Ç.Qənizadənin sözlərinə görə, ancaq Ermənistan hakimiyyəti bu cür ara qatanların çağırışlarına uymamalıdır: “Məsələnin digər bir tərəfi  də var. Belə ki, 2024-cü ilin 1 fevralında Ermənistan Roma statutunu ratifkasiya edərək Beynəlxalq Cinayət Məhkəməsinin tam hüquqlu üzvü olub. Amma bu, o demək deyil ki, Ermənistan qeyd olunan tarixdən öncəki məsələləri də BSM qarşısında qaldıra bilər. 30 il Azərbaycanın torpaqlarını işğal edib, 1 milyona yaxın azərbaycanlı evindən didərigin salan, onların yaşamaq, mülkiyyət hüquqlarını pozan Ermənistan həm də özünün bu cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacağını da unutmamalıdır. Ermənistanın hüququ var ki, irəli sürdüyü məhkəmə iddialarını geri götürsün. Bu addım atılacağı halda BCM həmin iddialara baxa bilməz”.  Hüquqşünas sonda onu da qeyd etdi ki, Ermənistan Azərbaycana qaldırdığı iddialardan imtina etməsə belə, bu iddiaların perspektivi yoxdur.

Xatırladaq ki, “Forbes”, “Washington Post”, “CNN” və “ABC News” kimi beynəlxalq səviyyəli media orqanları Luis Moreno Okamponu dəfələrlə tənqid edib. Okampo BCM-nin baş prokuroru olduğu dövrdə dünyanın ən məşhur vergi cənnətlərində adı hallanan şirkətləri idarə edib. BCM-dən ayrıldıqdan sonra Okampo anlaşılmaz dərəcədə böyük aktivlərə sahib idi: Onun Haaqadakı daşınmaz əmlakı (1,2 milyon avro), Argentinada beş mülkü (2,2 milyon dollar) və bankda ən azı 1 milyon dolları üzə çıxdı.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

47 yaşlı qadın faciəvi şəkildə öldü

Next

Nazirlikdən əsgər görüşləri ilə bağlı daha bir ÇAĞIRIŞ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv