Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

PA-nın şöbə müdiri: Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır

By Vüsal Rafiqoğlu
27.02.2025 3 Min Read

Partiyaların yenidən qeydiyyatı tələb olunmayıb

“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra radikal müxalif mövqedən çıxış edən partiyaların qeyd etdiyi kimi, siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə, üzvlərinin reyestrinin təsdiqi, nizamnamə və proqramlarının yeni qanuna uyğunlaşdırılması məsələləri ortaya çıxıb.

Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

İki partiya məhkəmə qaydasında ləğv olunub

Prezident Administrasiyasının şöbə müdiri deyib ki, yeni qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş 26 siyasi partiyanın üzvlərinin reyestrləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib: “Bu prosesdə 31 siyasi partiya dövlət siyasətini dəstəkləyən bəyanatlar verərək özlərini buraxdıqlarını bildiriblər. Tələb olunan sayda üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmədiklərinə görə Azad Demokratlar Partiyası (sədr Sülhəddin Əkbər) və Azadlıq Partiyası (sədr Əhməd Oruc) məhkəmə qaydasında ləğv olunub”.

İslahatlar siyasi sisteminin qorunmasına xidmət edir

Prezident Administrasiyasının rəsmisi deyib ki, yeni qanuna əsasən növbəti mərhələdə, 26 siyasi partiya Nizamnamə və Proqramlarını yeniləyərək Ədliyyə Nazirliyinə təqdim edib: “Hər il 15 yanvar tarixinədək partiyalar Ədliyyə Nazirliyinə yoxlanılmış siyahıları təqdim etməlidir. Təqdirəlayiq haldır ki, bu məsələ ilə bağlı ciddi çətinlik yaşanmayıb. Odur ki, reyestrlə bağlı olan bütün qərəzli şərhlər əsassızdır. Hər kəs bilməlidir ki, bu rəqəmlərin arxasında böyük əmək və siyasi iradə dayanıb. Onilliklər ərzində donmuş şəkildə saxlanılmış siyasi partiyalar ilə bağlı qanunvericilik bazasında nəhayət ki, islahatlar baş verdi. Zaman keçdikcə hər kəs onun şahidi oldu ki, Prezidentin təşəbbüsü ilə reallaşan bu islahatlar siyasətdə sağlam və peşəkar münasibətlərin bərqərar olunmasına və ölkənin siyasi sisteminin qorunmasına xidmət edir”.

“Konfiqurasiya” sözünün mənasını bilməyən “siyasətşünaslar”…

Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiya ilə əlaqədar qərəzli yanaşmalara da diqqət çəkib: “Bəzən sosial şəbəkələrdə elə mənzərəyə şahidlik edirik ki, “konfiqurasiya” sözünün mənasını bilməyən və bu sözü hətta doğru tələffüz edə bilməyən “siyasətşünaslar” “yeni siyasi konfiqurasiya”dan danışırlar. Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Məhz elə bu səbəbdən də siyasi həqiqətləri ölkəmizdə aparılan islahatların mahiyyətində axtarmaq lazımdır. Mərhələli şəkildə reallaşdırılan islahatlar siyasi sistemin immunitetini artırır və dəyişən reallıqlara effektiv adaptasiyanı təmin edir”.

Partiyalar üçün 29 təmirli ofis ayrılıb

Prezident Administrasiyasının xatırladıb ki, 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yaranıb.

“Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirilib, ümumilikdə 88 qurultayın keçirilməsi üçün lazımi şərait yaradılıb ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edilib. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olunub, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilib” deyə, şöbə müdiri qeyd edib.

Ədalət Vəliyev siyasi partiya rəhbərlərinin işğaldan azad edilən rayonlara 4 səfərinin təşkil edildiyini də xatırladıb.

Artıq bütün siyasi partiyaların dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladığını vurğulayan şöbə müdiri qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrılıb.

Radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər

“Son beş ildə dövlətin müxtəlif təşəbbüsləri sayəsində öz siyasi alver və manipulyasiya imkanlarını itirmək təhlükəsi ilə üzləşən radikallar yeni siyasi konfiqurasiyadan çəkinirlər. Bunun da əsas səbəbi odur ki, əməkdaşlıq və açıq siyasi dialoq mühiti üzərində qurulan yeni siyasi konfiqurasiya cəmiyyətin ideoloji cəhətdən parçalanmasını mümkünsüz edir” deyə, şöbə müdiri qeyd edib: “Odur ki, siyasi dialoq mühiti milli birliyi təmin edən əsas və fundamental amillərdən biridir”.//APA

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qvineya-Bisau Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Next

Qvineya-Bisau prezidenti Azərbaycana GƏLDİ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv