Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda axtarılan Elşad Abdullayev harada gizlənir?

By Vüsal Rafiqoğlu
16.04.2025 3 Min Read

ABU-nun sabiq rektoru Bakıya istintaqa çağırılıb –  onun bir neçə il əvvəl Rusiya vətəndaşlığı aldığı deyilir – Zakir Qaralov onu hələ illər öncə…

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Bu barədə Baş Prokurorluq İTV vasitəsilə müraciət ünvanlayıb. Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Bildirilib ki, 1 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmirdə  anadan olub. 1974-cü ildə ADU-nun hüquq fakültəsini  fərqlənmə ilə bitirib. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını, 2000-ci ildə isə doktorluq müdafiə edib.

4 dekabr 2008-ci ildə Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü, akademiki seçilib. 2009-cu ildə Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Hüquq Ekspert Şurasının sədri seçilib.

Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən MTN -də işləyən qaynı polkovnik Mustafa Əhmədovun tapşırığına uyğun olaraq Azərbaycanın müxtəlif vəzifəli şəxsləri ilə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başlayıb. Həmin videoların bəziləri üzrə cinayət işləri başlanıb, müxtəlif şəxslər həbs edilib və ya tutduğu vəzifədən azad edilib.

28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı Şəhər Prokurorluğunda araşdırıldı. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlandı.

2010-cu ildə fəaliyyəti dayandırılmış ABU-nun nəhəng bina kompleksi 15 ildir istifadəsiz qalıb.  ABU-nun lisenziyası ləğv edilən kimi rektoru Fransaya qaçaraq, oradan keçmiş deputat Gülər Əhmədovanın, iş adamı Arzu Kazımovun həbsinə səbəb olan videolar yaydı. Bununla yanaşı, E.Abdullayevin özünün də vətənə qayıdışı mümkün olmadı, özü barəsində də cinayət işi davam edir. Ölkəyə dönəcəyi halda istintaqa cəlb olunacaq. Eks-rektorun qeyri-qanuni tələbə qəbulu, habelə müxtəlif bəhanələrlə tələbələrdən yığdığı külli miqdarda vəsaitlər, şəxsi kabinetindən götürülmüş qeyd vərəqələri ilə bağlı ittihamlar var. O, Azərbaycandakı dələduzluq fəaliyyətini Fransada da həyata keçirməyə nail olub. İddialara görə, Elşad Abdullayev bir neçə il əvvəl ailəlikcə Rusiya vətəndaşlığını qəbul edib.

Elşad Abdullayevin həbs edilərək Azərbaycana ekstradisiya olunacağı barədə illərdir danışılır.  Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov da açıqlamalarının birində Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib, “əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq” demişdi.

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hər hansı bir şəxsin ekstradisiyası üçün ölkələr arasında saziş olmalıdır: “Ekstradisiya (cinayətkarın təhvil verilməsi) haqqında sazişin olub-olmaması prosesə birbaşa təsir edir. Azərbaycan və Fransa arasında birbaşa ekstradisiya sazişi olmadığı üçün bu cür hallar əsasən beynəlxalq öhdəliklər və ölkədaxili qanunlara uyğun şəkildə qiymətləndirilir. Ekstradisiya edilən şəxsin ittiham olunduğu əməl həm tələb edən, həm də ekstradisiyanı gerçəkləşdirəcək ölkədə cinayət sayılmalıdır. Əks halda, ekstradisiya imtina oluna bilir. Mümkündür ki,  bu və ya digər şəxsə qarşı irəli sürülən ittihamlar bu prinsip baxımından problemli sayıla bilər”.

Natiq Ələsgərov deyib ki, Avropa dövlətləri siyasi motivli ekstradisiyalara mənfi yanaşır: “Əgər mühacir şəxsin ittihamları siyasi motivlidirsə, yəni o, siyasi baxışlarına, ifadə azadlığına görə təqib olunursa, ekstradisiyadan imtina edilir. Avropa dövlətləri ekstradisiyanın ediləcəyi ölkədə şəxsin ədalətli məhkəmə təminatı alacağına əmin olmadıqda təhvil verməkdən imtina edə bilər. Azərbaycanda məhkəmə sisteminə dair beynəlxalq tənqid və qiymətləndirmələr bu prosesi çətinləşdirir. Şəxsin siyasi sığınacaq üçün müraciət etməsi, müraciət qəbul olunarsa, ekstradisiya avtomatik olaraq qeyri-mümkün olur. Bundan başqa, şəxsin müvəqqəti yaşayış icazəsi ilə qalması da onun hüquqi statusunun qiymətləndirilmə prosesində olduğuna işarədir. Ola bilər ki, şəxsin ekstradisiyasının mümkünsüzlüyü insan haqlarına prioritet yanaşma və beynəlxalq ekstradisiya prosedurlarının tələbləri ilə əlaqəlidir. Bu amillər nəticəsində, hətta ağır ittihamlar olduğu halda da ekstradisiya mümkün olmaya bilir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Tiflis qatarı müəmması

Next

Bakını bu maşınla doldurub indi təhlükəlidir deyirlər

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv