Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün məktəblərdə “Son zəng” çalınacaq

By Vüsal Rafiqoğlu
14.06.2025 2 Min Read

Rəsmi qurumlar valideynlərə çağırış etdi

Bu gün – iyunun 14-də Azərbaycanın bütün orta məktəblərində “Son zəng” çalınır. Bu, təkcə bir dərs ilinin başa çatması deyil, minlərlə gəncin həyat yolunun yeni mərhələsinə qədəm qoyması deməkdir. 11 illik məktəb xatirələrinə vida deyən şagirdlər üçün bu gün həm kövrək, həm də ümid doludur.

Rəsmi rəqəmlərə əsasən, bu il ölkə üzrə 116 min 222 şagird məktəblə vidalaşaraq məzun olur. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, “Son zəng” tədbirləri ilə bağlı bütün təhsil müəssisələrinə nümunəvi təlimat göndərilib. Bu tədbirlərin əsas məqsədi təmtəraqdan uzaq, sadə, mənalı və səmimi ab-hava yaratmaqdır.

“Biz istəyirik ki, valideynlərin üzərinə əlavə maliyyə yükü düşməsin, məktəbdə isə yaradıcı çıxışlar, şagirdlərin özlərinin hazırladığı maraqlı hissələr ön planda olsun. Əsas odur ki, tədbir məktəbin daxilində və yaddaqalan şəkildə keçsin”, – deyə Eşqi Bağırov vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə də tədbirlərin forma və mahiyyəti ilə bağlı maraqlı təklif irəli sürüb. O bildirib ki, “Son zəng” mərasimi rəsmi çıxışlardan çox, xatirələr, musiqilər və şagirdlərin özlərini ifadə etdiyi səhnələrlə yadda qalmalıdır:

“Şagird məktəbdən gülümsəyərək ayrılmalıdır. O hiss etməlidir ki, məktəb onun həyatında yaddan çıxmaz bir mərhələdir. Gələcəkdə qarşılaşacağı çətinliklərdə yenə məktəbə – onu anlayan müəllimlərinə dönə biləcəyini bilməlidir”.

2024-2025-ci tədris ilində işğaldan azad edilən rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

“Son zəng” tədbirlərinin təhlükəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyi də hərəkətə keçib. Nazirliyin yaydığı məlumata görə, iyunun 14-də məktəblərin ətrafında asayişin qorunması üçün əlavə polis naryadları yerləşdirilib. Həmçinin məzunların avtomobillərlə hərəkəti zamanı yol hərəkəti qaydalarına nəzarət gücləndiriləcək, dayanma-durma və parklanma məsələlərinə xüsusi diqqət yetiriləcək.

Daxili İşlər Nazirliyi valideynlərə bir daha xəbərdarlıq edir: “Sürücülük vəsiqəsi olmayan övladlarını sükan arxasına əyləşdirməyin. Məzunlara isə çağırış olunur: sevincli gününüzü məsuliyyətlə keçirin, nə özünüzü, nə də başqalarını təhlükəyə atmayın”.

Bu gün məktəbin həyətində bir-birinə sarılan müəllimlə şagirdin baxışlarında yalnız vida yox, minnətdarlıq da var. Bu gün gənclərin gözündəki parıltı – arzuların, ideyaların, ümidlərin parıltısıdır. “Son zəng” – sadəcə bir simvol deyil. Bu, qapının bağlanması yox, yeni bir üfüqə doğru addımlamaq deməkdir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Minlərlə azərbaycanlı tələbənin taleyi sual altında

Next

Əlini “ağdan qaraya” vurmurlar, pul “havadan” gəlir – Şanslı bürclər

Xəbər lenti

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv