Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Maşın bazarı iflic vəziyyətdə – avtomobil almaq istəyənlər oxusun!

By Vüsal Rafiqoğlu
19.06.2025 2 Min Read

Azərbaycan avtomobil bazarında son aylarda müşahidə olunan səssizlik təsadüfi deyil. Bu, təkcə mövsümi və ya qısamüddətli maraq azalması deyil, əslində dərin bir struktur böhranının əlamətidir. Qiymətlər düşür, modellər artır, çeşidlər genişlənir, amma bazarda real alıcı yoxdur.

Yəni həm yeni, həm də ikinci əl avtomobil bazarı iflic vəziyyətdədir. Əvvəllər satış üçün bir neçə gün kifayət edirdisə, indi eyni avtomobilin satışı üçün bir neçə ay gözləmək lazım gəlir. Modern.az saytı maşın satışı bazarındakı vəziyyəti araşdırıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 91 838 avtomobil idxal olunub. Bu, əvvəlki illə müqayisədə 4,3 faiz azalma deməkdir. Lakin idxal olunan avtomobillərin ümumi dəyəri 1,84 milyard dollara çatıb. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı azalsa da, keyfiyyəti və qiyməti artıb. Ən diqqətçəkən məqam odur ki, bu avtomobillərin mühüm hissəsini Çin mənşəli BYD, “Chery”, “Haval”, “Geely” kimi brendlər təşkil edir. Bu avtomobillər həm distribütorlar, həm də vətəndaşlar tərəfindən ölkəyə gətirilir. Bu maşınlar bazarda ucuz, zəmanətli və texniki cəhətdən yeni alternativ kimi qəbul olunur.

Məlumdur ki, Azərbaycanın avtomobil bazarının böyük hissəsi “ikinci əl” idxal avtomobillərdən asılıdır və bu sahə əsasən fiziki şəxslərin kommersiya fəaliyyəti kimi formalaşıb. Son illərdə Cənubi Koreya istehsalı olan modellər – “KİA Sorento”, “Cerato”, “Hyundai Santa Fe”, “Elantra”, “Kia Rio” – geniş yayılıb. Bu modellərin qiyməti 18 min manatdan 40 min manata qədər dəyişir. Ən ucuz model adətən “Kia Rio”, ən bahalısı isə “Hyundai Santa Fe” olur. Yaponiyadan idxal olunan “Toyota Prius” və digər hibrid modellər də populyardır.

Niyə köhnə maşınların satışında azalma yaranıb?

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, hazırkı vəziyyət gözlənilən idi: “Son 1-2 ildə Çin avtomobilləri Azərbaycan bazarını kəskin şəkildə dəyişib. Əgər əvvəllər insanlar əsasən Almaniya, Yaponiya, Koreya istehsalı olan “ikinci əl” avtomobillərə üstünlük verirdisə, indi eyni qiymətə salon avtomobili almaq imkanı var. Ən vacib üstünlük zəmanət və texniki xidmət paketidir. Çünki “ikinci əl” maşın alarkən heç kim mühərrikin və ya yürüşün real vəziyyətinə 100 faiz əmin ola bilmir”.

Ekspert qeyd edir ki, Çin brendlərinin təklif etdiyi modellər xüsusilə kreditlə və ilkin ödənişsiz alınma imkanına görə daha çox maraq doğurur: “Əvvəllər kreditlə yalnız bahalı modellər alınırdı. İndi isə 20-25 min manat civarında BYD, “Chery” modelləri 3-5 illik kreditlə təqdim olunur. Bu isə işlənmiş avtomobillər bazarını çətin duruma salıb. İnsanlar artıq köhnə Koreya maşını alanlara qınayıcı sual verirlər”.

E.Muradlı deyir ki, köhnə avtomobillərin bazarının tam çökməsi hələ baş verməyib, amma proses başlayıb: “Hazırda “ikinci əl” avtomobillər ancaq qiymət ciddi şəkildə ucuzlaşsa satıla bilər. Alıcı düşünür ki, yeni Çin maşını alsın, yoxsa köhnə “Hyundai”, KIA. Bu avtomobillərin köhnəsi ən azı 5-6 min manat ucuz olmalıdır ki, alıcı ona maraq göstərim. Bu fərq olmadığı müddətdə işlənmiş avtomobillərin bazarı iflic vəziyyətdə qalacaq”.

Ekspertin sözlərinə görə, vəziyyəti dəyişmək üçün ya Avropadan keyfiyyətli “ikinci əl” maşınların daha ucuz qiymətə gətirilməsi təmin olunmalıdır, ya da yerli montaj zavodlarının fəaliyyəti genişləndirilməlidir: “Əks halda, Çin markalarının bazardakı hökmranlığı daha da artacaq. Bu həm də gələcəkdə ehtiyat hissələri və texniki xidmət bazarını da dəyişəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

Next

Qeyri-neft sektorunda yeni mərhələ: kazino turizmi gündəmdə

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv