Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Ordum da var, yurdum da!..

By Vüsal Rafiqoğlu
24.06.2025 4 Min Read

Azərbaycan Silahlı Qüvvələri 107-ci ildönümünü yüksək döyüş hazırlığı, milli ruh və böyük qürur hissi ilə qarşılayır

Xalqın iradəsini təcəssüm etdirən onun qurduğu dövlətdirsə, dövlətin də varlığının zəmanəti onu qorumaq iqtidarında olan ordudur. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir azərbaycanlının qürur və iftixarla qeyd etdiyi xüsusi bir gün olmaqla yanaşı, həm də tarixin səhifələrinə nəzər salmaq üçün bir fürsətdir. Milli ordunun 1918-ci ilin 26 iyunundan başlayan yolu bu günümüzə qədər keçdiyi keşməkeşli xronologiya ilə bizə böyük güclərin və çirkin siyasətlərin məngənəsindən sıyrılaraq var olmağın çətinliklərini aşılayır. Dövlətçiliyimizin yaşı ilə həmyaşıd olan milli ordumuzun bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra ləğv olunması, rəhbərlərinin məhv edilməsi nə qədər acı bir səhifə olsa da, SSRİ dövründə mərkəzi hakimiyyətin hərbi siyasətində yurddaşlarımızın peşəkar hərbi döyüş sahəsindən uzaq tutulmasına məqsədli bir təhrik həyata keçirilsə də tarixin hər dövründə qəhrəmanlar yetirən Vətənimizin bu istiqamətdəki genetik varisliyini yox etmək mümkün olmamışdır. Sovetlər Birliyinin ən “qatı” zamanlarında, 1969-cu ildə rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev uzaqgörən və müdrik baxışı sayəsində hərbi sahənin inkişafına təkan verəcək addımların atılmasına nail oldu.

1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və Vətəndə hərbi kadrların yetişdirilməsi istiqamətində işlərin başlanması Ulu Öndərin misilsiz xidmətlərindən biri kimi yaddaşlara həkk olundu. Bu xidmət Azərbaycanın yenidən müstəqillik qazanmasından sonra öz töhfələrini verərək yeni ordu quruculuğu yolunda böyük rol oynadı. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, orduda da mövcud olan dağınıqlıq, səriştəsiz idarəetmə cəsur Azərbaycan əsgərinin öz bacarığını və qabiliyyətini istənilən səviyyədə nümayiş etdirməsinə mane oldu. Bu qeyri-nizamiliyin və naşılığın aradan qaldırılması isə 1994-cü ildə Ermənistanla atəşkəs razılaşmasının əldə olunmasından sonraya təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin hərbi sahədə apardıqları islahatlar milli ordunun yenidən qurulmasını və qüdrətli iradənin nümayişçisinə çevrilməsini təmin etdi. Hərbi sahəyə diqqətin artırılması həm də orduda vacib cəhətlərdən birini təşkil edən psixoloji amilin müsbət mənada dəyişməsini şərtləndirdi. Ali Baş Komandana böyük inam, xalq-ordu birliyi məntiqi nəticəsini 2016-cı ilin aprelində, 2018-ci ilin mayında və ən nəhayət 2020-ci ilin noyabrında göstərdi. 44 günlük müharibə zamanı ordumuzun göstərdiyi rəşadət bir tərəfdən psixoloji hazırlığın, ruh yüksəkliyinin nəticəsi idisə, digər tərəfdən də keçən vaxt ərzində qazanılmış hərbi biliklərin müharibə meydanında təzahürü idi. 2020-ci il sentyabrın 27-də etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsi idi. “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi “unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. “Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir” söyləyən Prezident İlham Əliyev bildirirdi ki, biz haqq, ədalət, torpaqlarımız uğrunda mübarizə aparırıq.

2020-ci ildə baş verən Vətən müharibəsində qazanılan tarixi Zəfərin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminə nəhayət son qoyuldu, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. İstər 44 günlük Vətən müharibəsi, istərsə də bir günlük antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi.

Qədim tarixə malik böyük bir xalqın tarixinə yeni bir Zəfər Günü bəxş edən ordumuzun növbəti dövr ərzində də Vətənimizin sərhədlərini ləyaqətlə qoruyacağına şübhə yoxdur. Dövlətimizin müdafiə sənayesinə və ordu inkişafına göstərdiyi diqqət bu gün də ən yüksək səviyyədə davam etdirilir. Azərbaycanın milli maraqlarına xidmət edən beynəlxalq hərbi əməkdaşlıq proqramları həyata keçirilir. Dost, qardaş Türkiyə ilə birgə təşkil olunan təlim toplanışları yüksək zabit hazırlığı sahəsində müsbət nəticələr verir. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qəbul edən, etibarlı müttəfiq kimi tanığımız və ordusunun yüksək peşəkarlığı ilə seçilən İsrail, Pakistan kimi dövlətlərlə bu sahədə davam etdirilən işlər də Azərbaycan ordusunun qüdrətinin daha da sarsılmaz olacağına şübhə yeri qoymur. Vətən sərhəddən başlayır! Vətənimiz də, onun sərhədləri də sənə əmanətdir, Azərbaycan ordusu! Bu çətin və şərəfli işində sənə ayıq-sayıqlıq, əzm və ruh yüksəkliyi arzulayırıq! Bayramın mübarək!

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tarixi Zəfər qazanan ordu

Next

Bu gün Azərbaycan xalqı ordusu ilə fəxr edir

Xəbər lenti

  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026

Son Yazılar

  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv