Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

150 il – Azərbaycan mətbuatının dayanıqlı inkişafı

By Vüsal Rafiqoğlu
21.07.2025 4 Min Read

Müasir, qloballaşan dünyamız Azərbaycanda bir çox sahələrdə olduğu kimi, media sahəsinin də yeniləşməsini, yeni çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması prosesinin şəffaflıqla həyata keçirilməsini diktə edir.

Ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olub.

Tarixən söz azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.

Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 150-ci ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”ni nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi. 1877-ci ilin sentyabrınadək qəzet cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Keçən müddət ərzində Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü.

Bu gün yeniləşən dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar Azərbaycanda jurnalistika fəaliyyətinin, mövcud informasiya portallarında, innovativ platformalarda işin təşkilinin daha nizamlı olmasını zəruri edir. Bu baxımdan media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir.

Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur

Eyni zamanda, uzun zamandan sonra ölkədə 2021-ci ildə “Media haqqında” yeni qanun layihəsi hazırlandı. Qanun layihəsinin qəbulu Parlamentdə kifayət qədər geniş müzakirə olundu, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirildi. Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür.”

Görülmüş işlər nəticəsində istər mavi ekranlarda, sosial şəbəkə platformalarında, bloqerlik fəaliyyətində, istərsə də ənənəvi jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq. Bu, öz növbəsində, bir tərəfdən əlavə müxalif fikirlər yaradır, digər tərəfdən isə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bu sahədə nizam-intizamın yaradılmasına köməklik göstərir.

Azərbaycan jurnalistləri, eyni zamanda, hərbi jurnalistikada da yeniliklərə imza atıblar. Belə ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı Azərbaycan jurnalistləri döyüş bölgəsində baş verən hadisələrin, Azərbaycan həqiqətlərinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırılması işində öz həyatlarını təhlükəyə atdılar, şiddətli döyüşlərin getdiyi ərazilərdə 24 saat fəaliyyət göstərərək ağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirdilər.

Bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ Müharibələrində, eyni zamanda postmüharibə dövründə canından keçmiş, qəhərmancasına şəhid olmuş jurnalistlərimiz var. Onların əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən ehtiramla anılır.

Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin İkinci Qarabağ-Vətən Müharibəsi zamanı informasiya cəbhəsində apardığı mübarizə, nüfuzlu media agentliklərinə Azərbaycanın ədalətli mövqeyi, haqq işimizlə bağlı verdiyi müsahibələr jurnalistlərimiz üçün yeni baxış, yol xəritəsi oldu.

Belə ki, mediamız Vətən Müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsində verdiyi əməli töhfələrlə yanaşı, postmüharibə dövründə də media forumlar, nüfuzlu beynəlxalq tədbirlər vasitəsilə qlobal media qurumları ilə əməkdaşlığı genişləndirərək bu işi davam etdirirlər. Peşəkar jurnalistlərimiz bu gün də Prezident İlham Əliyevin sülhə yönəlik səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Bu gün artıq suverenliyini tam bərpa etmiş Azərbaycanın işğaldan azad olunmuş şəhərlərində keçirilən qlobal tədbirlər çərçivəsində milli mətbuatımız ötən əsrlərdən miras qalan missiyasını peşəkarlıqla davam etdirir.

19 iyul 2025-ci il tarixində Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda artıq ənənə halını almış III Şuşa Qlobal Media Forumunun öz işinə başlaması, Forumun açılışında Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gələn mətbuat nümayəndələrinin suallarını cavablandırması yerli və beynəlxalq jurnalistlər platforması vasitəsilə regionda yaranmış yeni geosiyasi reallıqları, Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sevindirici haldır ki, Azərbaycanın milli mətbuatının 150 illiyi xalqımız üçün qürurverici olan “Konstitusiya və Suverenlik İli”nə təsadüf edir. Məhz Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması bu gün ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.

Beləliklə, dünyamız üçün ağır transformasiya dövründə ölkə mətbuatının sağlam, peşəkar, milli maraqlar çərçivəsində çıxış etməsi çox vacibdir və bu çətin, şərəfli işi Azərbaycanda çoxsaylı jurnalist ailəsi həyata keçirməkdədir. Bu baxımdan, inanırıq ki, müasir Azərbaycan mediası qlobal tendensiyaları nəzərə almaqla dövlət maraqlarını həmişə uca tutacaq, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsində daha fəal olacaq.

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Birinci kurs tələbəsi qəfil öldü- Foto

Next

Əcnəbilərin işğaldan azad edilmiş ərazilərə səfər imkanları genişləndirildi

Xəbər lenti

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Son Yazılar

  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv